Tehran hava ərazisindən Ermənistana silah daşınması faktını təkzib etdi
İranın Bakıdakı səfirliyi İran ərazisindən Ermənistana Rusiya silahlarının tədarükü barədə məlumatları təkzib edib.
Bu barədə məlumatı RİA Novosti agentliyi yazıb.
Azərbaycan mediası bazar ertəsi günü İrana aid Norduz keçid məntəqəsi vasitəsilə Ermənistana Rusiya silahlarının tədarükü barədə məlumat yayıb.
“Bir sıra KİV-lər İran İslam Respublikasının Norduz sərhəd keçid məntəqəsi vasitəsi ilə Ermənistana silah tədarük edildiyi barədə məlumatlar yayırlar. Bu xəbərlərin yalan və əsassız olduğunu bəyan edirik. Bu məlumatlar iki ölkə arasındakı dostluğa və əməkdaşlığa xələl gətirmək məqsədi ilə yayılıb”. Səfirliyin nümayəndəsi belə deyib.
Bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Rusiya tərəfindən “intensiv silahlandırılması” ilə bağlı narahatlığını dilə gətirmişdi.
Hələ avqustun əvvəlində Bakı bildirmişdi ki, rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Azərbaycan lideri İlham Əliyev Rusiyadan Ermənistana hərbi təchizat tədarükü məsələsini müzakirə edib.
Bu məlumatlara görə, Azərbaycanın dövlət başçısı İlham Əliyev sərhəddəki iyul hadisələrindən sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanı ilə Ermənistana daşınan hərbi yüklərin həcminin 400 tonu keçdiyini söyləyib.(konkret.az)