Ermənistanda bir neçə “Qarabağ ocağı” yaradıb… – Zahid Oruc

12 iyul Tovuz cəbhəsində baş verən toqquşmalar 90-cı illərdən qalan işğal reallığını dəyişdirdi. Ona görə də Azərbaycan əsgəri Ermənistanın daxilində bir neçə “Qarabağ ocağı” yaradanda silahlı əməliyatların episentri dəyişəcək və düşmənin qüvvələri, resursları, tankı və topu bütün “təmas xətti” boyu səpələnəcək, erməni ordusu parçalanacaq!

Bu fikirlərlə deputat Zahid Oruc çıxış edib.

Zahid Oruc namizədliyini irəli sürdü – BU DAİRƏDƏN – SumqayitXeber.Com

“Gəlin unutmayaq ki, müstəqillik qazanandan sonra iki dövlət arasında sərhəd-delimitasiya xətti razılaşdırılmayıb. Çünki tərəflər arasında diplomatik tanımazlıq mövcuddur. Ona görə Ermənistanın daxilində bir neçə “Qarabağ cəbhəsi” açılanda rəşadətli ordumuzun irəli gedəcək və durduğu yerdən də sərhədlər çəkəcək!

İşğal olunan əraziləri qaytarmaq üçün hərbi taktika və strategiya artıq dəyişib. Qarşı tərəf azərbaycanlıların düşüncəsində inqilabi dəyişikliyin baş verdiyinin fərqindədir. Ermənistanın içində – Noyenberyan, ya Berd rayonlarında, yaxud elə Karçivan kəndində “Qarabağ anklavı” meydana gələndə ötən əsrdən pozulmuş hərbi-siyasi balans aradan qalxacaq və erməni xalqı siyasi hakimiyyəti Azərbaycanla sülh müqaviləsinə məcbur edəcək. Əks halda, İrəvanda növbəti çevriliş qaçılmazdır”, – deyə Z.Oruc bildirib.(axar.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password