Azərbaycan və Türkiyə arasında media platformasının yaradılması hər iki dövlət üçün olduqca önəmlidir – Türkiyəli diplomat
Azərbaycan və Türkiyə arasında media platformasının yaradılması hər iki dövlət üçün olduqca önəmlidir. Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan Azərbaycan ilə Türkiyə arasında birgə media platforması yaradılmasını şərh edərkən bildirib.
O qeyd edib ki, media ictimai fikrin yaradılmasında, eyni zamanda toplumun idarə edilməsində və maarifləndirmə üçün çox önəmli bir vasitədir.
“İnformasiya bombardımanına” məruz qalan toplumlarda başlıca problem hansı xəbərin doğru, hansı hansı xəbərin isə yanlış olmasını ayırd etməkdir”,- deyə o bildirib.
Altınalan onu da əlavə edib ki, son zamanlar Türkiyə və Azərbaycan qlobal güclərin, məkirli planlarına xidmət edən media qurumlarının qara propoqandasına məruz qalır.
Türkiyəli diplomat bildirib ki, Ermənistanın Azərbaycan ərazisinin işğalını leqall hesab edən FETÖ terror təşkilatının iç üzünün gizlədən, Türkiyənin Şərqi Aralıq Dənizində apardığı seysmik araşdırmalarını aqressiv siyasət kimi qələmə verən xəbərlərin yayımlanması bu media qurumların fəaliyyətidir:
“Bu kimi neqativ halların qarşısını almaq üçün kütləvi maarifləndirmə məqsədi ilə həqiqətləri ortaya qoyan, qlobal güclərinin qara propaqandası nəticəsində yaranan informasiya çirkabını qurudan ortaq bir platforma yaradılmalı idi. Bunun başlıca yolu da Azərbaycan və Türkiyənin bir çox sahədə olan əməkdaşlığının media sahəsində olan əməkdaşlığında əks etməsidir. İstanbulda alınan qərar da məhz bunun üçün alınmışdır”.
Qeyd edək ki , Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda səfər edib.
Trend-in məlumatına görə, səfərin əsas məqsədi Azərbaycan ilə Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir.
Səfər çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirilir.