Sumqayıtda itkin düşmüş uşaq 3 gündür tapılmır

Samur-Abşeron kanalında 10 yaşlı uşaq batıb.

Bu barədə  onun yaxınlarından Tural Cavadlı bildirib.

O qeyd edib ki, bacısı oğlu, 2010-cu il təvəllüdlü Yusif Davudzadə 3 gün əvvəl təxminən saat saat 18 radələrində Samur-Abşeron kanalının “Stansiya Sumqayıt” ərazisindən keçən hissədə baş verib:

“Həmin vaxt Yusif əmisi uşaqları ilə kanalın kənarında oynayırmış. Bu vaxt Yusif ayağını suya salıb-çıxarmaq istəyib. Onun ayağı sürüşüb, kanala düşərək boğulub. Bizə Yusifin boğulması barədə yanında olan uşaqlar deyib, onlar da prokurorluq əməkdaşları tərəfindən dindiriliblər. Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib axtarışa başladı. Onlar guya 3 gündür Yusifi axtarır. Lakin axtarışlar heç bir nəticə vermir, bu da bizi qane etmir, nəticə əldə olunmasını istəyirik. Deyirlər ki, axtarış aparılır, lakin bu barədə heç bir sübut yoxdur. Onlar bizə suyun altından video və fotolar təqdim etmirlər. Biz bu axtarışlara inanmırıq. Hazırda bizi Ceyranbatan su anbarına buraxmırlar, orada kiçik bir aksiya keçiririk. Uşağımızın tapılmasını tələb edirik. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyindən xahiş edirik ki, bizim balamızın tapılması üçün ciddi axtarış aparılısın”.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva  bildirib ki, sentyabrın 2-də nazirliyin “112” qaynar xəttinə Yusif Bəhlul oğlu Davudzadənin itkin düşməsi barədə məlumat daxil olub:

“Məlumatda hadisənin “Stansiya Sumqayıt” ərazisində qeydə alındığı bildirilib. İlkin olaraq uşağın kanala düşməsi, su hövzəsi ilə bağlı bizə məlumat verilməyib. Nazirlikdə dərhal məlumat aidiyyəti qurumlara ötürlüb və axtarışlara başlanılıb. Axtarışalara nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Kinoloji Xidməti də cəlb edilib. Daha sonra araşdırma nəticəsində Yusifin yanında olan digər uşaq bildirib ki, Yusif həmin ərazidəki təxminən 2 metr dərinliyi olan gölməçəyə düşərək boğulub. Dərhal əraziyə nazirliyin xilasediciləri yönəldilib. Gecə suda xilasetmə işləri aparılıb və heç bir nəticə verilməyib. Sonra Yusifin yanında olan uşaq təkrar dindirilib. O deyib ki, “Yusif həmin gölməçədə deyil, Samur-Abşeron kanalına düşüb boğulub və mən də qorxub qaçmışam”. Həmin uşağın əvvəl dediyi gölməçə ilə Samur-Abşeron kanalı arasında təxminən 3 km. məsafə var.

Samur-Abşeron kanalında da çox sürətli su axını var. Kanalda axtarışlara başlanılması üçün tərəfimizdən aidiyyəti qurumlara müraciət olunub. Çünki kanalda su kollektoru bağlanmalıdır. Fəslə görə də bunun bağlanması problemli olduğu üçün hələ də su kollektoru bağlanmayıb. Hazırda sürətli su axınında xilasediciləri kanala salıb, axtarış aparmaq mümkün deyil. Bir daha vurğulayıram ki, bütün bu axtarış işləri ehtimallar üzərində axtarılır. Çünki Yusifin yanında olan uşağın ilkin olaraq dediyi yerdə axtarış aparılıb. Uşağın dəqiq harada batdığı məlum deyil”./report.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password