Fizulidə 14 naməlum şəhid məzarı baxımsız vəziyyətdə qalıb – FOTOLAR

 

Füzuli rayonunda 14 şəhidin məzarı baxımsız vəziyyətdədir, bu barədə sosial şəbəkədə Elyar İslamoğlu məlumat verilib. Onun sözlərinə görə, bu 14 şəhid Horadiz əməliyyatı zamanı gedən döyüşlərdə həlak olublar.
“1994-cü ildə Horadiz əməliyyatı zamanı şəhid olan, Bala Bəhmənli kənd qəbiristanlığında dəfn edilən naməlum 14 şəhidin məzarı ihələ də  baxımsız vəziyyətdə qalıb.Bu məsələ həll edilməlidir. Çox utancverici görüntüdür”, deyə İslamoğlu vurğulayıb.
Füzuli rayon İcra Hakimiyyətinin köməkçisi İlkin Əmirli məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında bundan xəbərsiz olduğunu deyib.
“Füzulidə bütün şəhid ailələri, qaziləri və şəhid abidələri yüksək səviyyədə saxlanılır. Amma 14 naməlum şəhidlə bağlı məsələdən xəbərsizəm. Məsələ araşdırılacaq və bu barədə ətraflı məlumat veriləcək”.



Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password