İrəvanda etirazçılar Rusiyaya getmələrini tələb edirlər – Paşinyanın verdiyi vəd harda qaldı?

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya getmələrinin təşkil edilməsini tələb edən etirazçılarla görüşüb.

Bu haqda məlumatı erməni mediası yayıb.

Etirazçılar nazirlə hökumət binasının qarşısında görüşüblər, sonra isə Xarici İşlər Nazirliyinə tərəf gediblər.

Zöhrab Mnatsakanyan qeyd edib ki, hazırda Ermənistan Rusiya Federasiyası ilə danışıqlar aparır, lakin hələ sərhədlərin nə vaxt açılacağını deyə bilməz.

Nazir qeyd edib ki, Gürcüstan Rusiya Federasiyası vətəndaşlarının ərazisindən keçməsinə icazə versə də maşınların keçməsinə icazə yoxdur.

“Ancaq bunlar Rusiya Federasiyasının vətəndaşları idi və icazə verildi. Bu dəfə vətəndaş olmayanlara icazə verilmir. Bunlar bu ölkənin qanunlarıdır. Ermənistandan başqa 192 ölkə var. Xahiş edirəm, boş vədlər verə bilmərəm. Pandemiya keçəcək, hər şey normallaşacaq” deyib.

Etirazçılardan biri “Belarusla Rusiya Federasiyasının sərhədinin açıq olduğunu” deyib.

Nazir cavab verib ki, bu, onların qərarı idi: “Fərqli bir status var. Problem başa düşüləndir, amma dərhal həll yolu yoxdur, çünki həll başqa bir ölkənin səlahiyyətinə aiddir”.

Nazir danışıqların yalnız Rusiya Federasiyası ilə aparıldığını söyləyib.

“Sabah kimsə Avropaya getməyi tələb edə bilər. Xatırladım ki, dünyada bir pandemiya var. İndiyə qədər vəziyyət qaydalardakı dəyişiklikləri nəzərdə tutmur. Qərarlarımızı ölkəmizin tələblərinə əsasən veririk, məqsədimiz ölkədəki epidemiyanı azaltmaq və ləğv etməkdir” bildirib.

“Siz getmək üçün icazə tələb edirsiniz, indi bu, mümkün deyil. Mən sizə bir şey vəd edə bilmərəm, çünki bunlar boş vədlər ola bilər” deyib Zöhrab Mnatsakanyan.

Etirazçılardan biri nazirin cavabının qənaətbəxş olmadığını bildirib.

Xarici işlər naziri “Bu, təbii bir şeydir, çünki getmək istəyirsiniz” cavabını verib./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password