Xalq artisti ilə bağlı Baş nazirə müraciət edildi

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın dünya şöhrətli opera müğənnisi (dramatik tenor), professor, “İstiqlal” ordenli xalq artisti Lütfiyar İmanovun adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova və Mədəniyyət nazirinin I müavini, Mədəniyyət naziri səlahiyyətlərinin icraçısı Anar Kərimova rəsmi məktubla müraciət edib.

Deputat bir qrup ziyalının ona müraciəti əsasında belə bir təşəbbüslə çıxış etdiyini bildirib.

Müraciətdə Suraxanı rayonunda yerləşən musiqi məktəblərindən birinə, Bakı şəhərində (yaxud Abşeron rayonunda) küçələrin birinə xalq artistinin adının verilməsi və onun büstünün qoyulması ilə bağlı konkret təşəbbüs və təkliflər ifadə olunub.

Q.Paşayeva məsələ ilə bağlı ustad sənətkarın oğlu Rafiq İmanovla Mədəniyyət komitəsində görüşüb, geniş fikir mübadiləsi aparıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password