Misirli politoloq – Bakı bununla İrəvanı ifşa edə bilər

 

Livan və digər Yaxın Şərq ölkələrində yaşayan ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə köçürülməsi beynəlxalq hüquq normalarına və sənədlərə ziddir. Bu qanunsuz əməllər 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və onun əlavə Protokollarının da kobud şəkildə pozulmasıdır.

Aktualinfo.org xəbər verir ki, bu fikirləri AzərTac-a açıqlamasında Misirin tanınmış politoloqu, Misir Xarici Əlaqələr Şurasının üzvü, Qahirə Universitetinin Rusiya Araşdırmalar Mərkəzinin direktoru, professor Nurhan əl-Şeyx söyləyib.

Xanım Nurhan əl-Şeyx vurğulayıb ki, Azərbaycan dövləti Ermənistanın bu qanunsuz əməlləri barədə BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər. Çünki Ermənistan regionda demoqrafik şəraiti dəyişməyə səy göstərir və bununla işğal faktına bəraət qazandırmaq istəyir. Lakin rəsmi Bakı BMT-yə müraciət etməklə tamamilə qanuni əsaslarda işğalçı ölkənin qanunsuz hərəkətlərini ifşa edə bilər. Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməli və onu dövlətlərin ərazi bütövlüyü prinsipinə əməl etməyə məcbur etməlidir.

Misirli politoloq əlavə edib ki, dünyanın qloballaşdığı müasir dövrdə hər hansı bir dövlətin orta əsrlərdə olduğu kimi, başqasının ərazisini işğal altında saxlamaqla orada etnik quruluşu dəyişməsi yolverilməzdir. O deyib:

“Bu, həmin ərazilərin əsl sakinləri olan azərbaycanlıların da gələcəkdə öz doğma yurdlarına qayıtmasının qarşısını almaq məqsədi güdür. Ermənistan BMT-nin üzvü və beynəlxalq konvensiyalara imza atmış ölkədir və öz üzərinə götürdüyü öhdəliklərə əməl etməyə borcludur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password