BMT: “Belarusda 450 işgəncə hadisəsi qeydə alınıb, 6 nəfər itkin düşüb”

BMT mütəxəssisləri Belarusda dinc etiraz aksiyalarına qatılan vətəndaşlar üçün sənədləşdirilmiş 450 işgəncə barədə məlumat alıblar.

BMT-nin 1 sentyabr tarixli mətbuat xəbərinə görə, itkin düşən altı nəfər haqqında da məlumat verilir.

“BMT-nin insan haqları mütəxəssisləri Belarusu məhbuslara işgəncə verməyə son qoymağa və həbsdə olan nümayişçiləri alçaldan və döyən polis məmurlarını mühakimə etməyə çağırıb” deyilib.

BMT qadınlara və uşaqlara qarşı şiddət, “cinsi zorakılıq və rezin dəyənəklərlə təcavüz daxil olmaqla” məlumatlar aldığını da qeyd edib.

Təşkilata görə, son həftələrdə Belarusda dinc toplaşmaq hüququndan istifadə etməyə çalışan təxminən 6700 nəfər saxlanılıb.

BMT qeyd edir ki, tutulanlar arasında jurnalistlər və ərazidən keçən sadə vətəndaşlar da var.

Mütəxəssislər Belarus səlahiyyətlilərini “dinc toplantılarda iştirak edən bütün şəxslərin dərhal sərbəst buraxılmasını təmin etməyə” çağırıblar.

9 avqust 2020-ci ildə Belarusda prezident seçkiləri keçirilib. MSK Lukaşenkonun qalib gəldiyini açıqlayıb. Seçkilər bitdikdən sonra hakimiyyət tərəfindən yatırılan kütləvi etiraz aksiyaları başlayıb. Ən böyük müəssisələrin işçiləri tətilə çıxıblar. Müxalifət Lukaşenkonun qələbəsini tanımayıb və etirazlar davam edib.

19 avqustda Avropa Birliyinin dövlət başçıları Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımayıblar və “zorakılıq və seçki saxtakarlığına cavabdeh olanlara” qarşı sanksiyalar hazırlayacaqlarını söyləyiblər.(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password