“Azərkosmos” 27 ölkəyə 28,1 milyon dollar dəyərində xidmət ixrac edib
2020-ci ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 28,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”ında qeyd olunur.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artım deməkdir. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. 2020-ci ilin iyul ayında isə “Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 6,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
“Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ-dir.