Ərdoğan daha iki hərbi zavodun açılışını etdi

 

Ankarada Peyk, Kosmos Sistemləri və Qabaqcıl Texnologiyalar Araşdırma Mərkəzi ilə Partlayıcı Xammal İstehsalat Birliyinin açılışı olub.

Əvvəlcə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar “Raketsan”da açılışı olan yeni obyektlərin əhəmiyyəti və ölkənin müdafiə sənayesi strategiyası barədə məlumat verib.

Sonra Türkiyə Silahlı Qüvvələrinin gücünü və milli müdafiə sənayesinin məhsullarından ibarət hərbi texnika və avadanlığın funksiyalarını əks etdirən film nümayiş olunub.

Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust – Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdıraraq, gündəlikdə duran aktual məsələlərdən danışıb. Uzun zaman kəsiyində Türkiyənin milli müdafiə sənayesinin inkişafına imkan verilmədiyini təəssüflə vurğulayan dövlət başçısı deyib ki, artıq bu sahədəki inkişaf prosesi qarşısıalınmazdır.
Bunun nəticəsidir ki, Türkiyənin müdafiə sənayesi məhsularının ixracatı sürətlə artır. Ölkə daxilində, dövlət sərhədləri boyunca keçirilən antiterror əməliyyatlarında, eləcə də ölkənin su ərazilərinin müdafiəsində yerli texnika və avadanlıqdan istifadə olunur. “Raketsan” milli məhsulları ilə Türkiyənin müdafiə qüdrətini sürətlə gücləndirir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password