Ərdoğan 30 avqust Zəfər Bayramı təbrikilə Yunanıstana mesaj verdi

“30 avqust zəfərilə bu torpaqların əzəli və əbədi vətənimiz olduğu bütün dünyaya bir daha elan olunub. Bu zəfər tarixə qovuşdurulmaq istənən bir millətin küllərindən yenidən doğulmasının, şəxslərinin tarix səhnəsində yenidən çıxışının elanıdır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Bayramının 98-ci ildönümü ilə əlaqədar səsləndirdiyi təbrik mesajında belə bildirib.

R.T.Ərdoğan deyib ki, bu gün Şimali Kipr Türk Respublikası əhalisi da daxil olmaqla türk milləti olaraq bu zəfəri bayram edirlər.

Hazırda Şərqi Aralıq dənizində Türkiyəyə qarşı yunanlar tərəfindən edilən haqsız hücumlarla tarixin təkrarlandığını xatırladan Türkiyə Prezidenti xalqının müstəqillik uğrunda savaşının bu dəfə də zəfərlə başa çatacağına inandığını vurğulayıb:

“Şərqi Aralıq dənizindən ölkəmizi qovmağa çalışanların bir əsr əvvəlki hadisələrlə eyni müstəvidə olması əlbəttə təsadüf deyil. Xalqımız 98 il öncə yoxluq və imkansızlığa rəğmən qurtuluş savaşında qələbə qazandı. Bu gün də Mavi Vətənimizə edilən haqsız hücumlara qətiyyətli mübarizədə  zəfər çalacağımıza tam əminik.

Bu münasibətlə Türkiyə Respublikasının banisi Gazi Mustafa Kamal Atatürkü və əqidədaşlarını dərin hörmətlə yad edirəm. Min ildir bu vətəni qorumaq üçün həyatlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlıqlı, uzun ömür diləyirəm. 30 Avqust Zəfər Bayramınız Mübarək!”.

Qeyd edək ki, 1922-ci ildə yunanların türklərə qarşı başladığı hücumların qarşısını almaq üçün Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün başçılığı ilə bir il hazırlıqdan sonra 26 avqust 1922-ci ildə başlanan Büyük Taarruz, Türk Kurtuluş Savaşı 30 avqustda yunanların öz torpaqlarına qovulması nailiyyəti ilə başa çatıb. modern.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password