Qənirə Paşayeva Gədəbəydə ağır vəziyyətdə olan abidələrlə bağlı Baş Nazirə müraciət etdi – FOTO

 

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Gədəbəyin ağır vəziyyətdə olan qədim tarixi və mədəniyyət abidələri ilə bağlı Baş Nazirə və müvafiq qurumlara müraciət edib.

Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib: “Qədim Gədəbəy rayonumuzdan olan bir qrup ziyalıların “Mahsara”, “Qız Qalası” və bir sıra digər qədim abidələrin müvafiq qurumların biganə münasibəti səbəbindən ağır vəziyyətdə olması və abidələrlə bağlı təcili addımların atılmasına dəstək göstərilməsi ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri olaraq mənə etdikləri müraciət əsasında bir sıra dövlət qurumlarına müraciətlər göndərdik. Rəsmi qurumlara qədim tariximizi özündə əks etdirən bu abidələrlə bağlı ciddi narahatlığımızı özündə əks etdirən müraciətlərlə bərabər bu məsələ ilə bağlı Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovla və Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevlə geniş fikir mübadiləsi də apardıq, vəziyyətin xüsusi diqqətə götürülməsini xahiş etdik. Baş nazirimiz hörmətli Əli Əsədova bu məsələ ilə bağlı müraciətimizə çox həssaslıqla reaksiya verdiyi üçün təşəkkür edirəm. Nazirlər Kabinetinin humanitar məsələlər şöbəsinin rəhbəri əlaqə saxlayaraq bu məsələ ilə bağlı araşdırılması və tədbir görülməsi üçün müvafiq qurumlara tapşırıqlar verildiyini vurğuladı. Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov Mədəniyyət nazirliyində bu sahəyə cavabdeh olan qurumun uzun müddət tarix və mədəniyyət abidələrinə biganəliyindən təəssüflənərək bu abidələrlə bağlı məsələlərə və Mədəniyyət komitəsinin bununla bağlı müraciətinə xüsusi diqqətlə yanaşılacağını bildirdi. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevlə söhbətimiz zamanı bu abidələrə gedən yolun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən çınqıllanmasına dəstək göstərilməsinin rayonda tarixi-mədəni turizmin inkişafına da öz müsbət təsirini göstərə biləcəyini vurğuladı. Bununla bağlı Mədəniyyət komitəsi adından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə də müraciət göndərdik. Ümid edirəm ki, Mədəniyyət nazirliyində gedən dəyişiklik və islahatlardan sonra “Mahsara”, “Qız Qalası” da daxil olmaqla həm Gədəbəydəki, həm də digər rayonlardakı tarix və mədəniyyət abidələrimizə münasibət kökündən dəyişəcək və ciddi addımlar atılacaq. Müraciətlərimizə həssas yanaşan qurumların rəhbərlərinə təşəkkürümü bildirirəm”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password