“Azərişıq”ASC-nin işçiləri qazanmaq üçün Abşeronda hansı yollara əl atır? – Şikayət
Sumqayıt şəhər sakini Qiyasov Qiyas Zakir oğlu tərəfindən Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbəri Samir Nuriyevə,Baş nazir Əli Əsədova,İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova,Energetika naziri Pərviz Şahbazova,”Azərenerji” ASC-nin sədri Baba Rzayevə, “Azərişıq” ASC -nin sədrinə,Ombudsman Aparatının sədrinə,Abşeron rayon İcra Hakimiyyətinin başçısına müraciət ünvanlanıb.Şikayətçi Qiyas Qiyasov Novxanı kəndindəki bağ yerində qanunsuz qoyulmuş elektrik dirəyinin dərhal yerinin dəyişdirilməsini aidiyyatı qurumların rəhbərlərindən xahiş edir.
Aktualinfo.org vətəndaş Qiyas Qiyasovun sözügedən şikayətini olduğu kimi oxuculara təqdim edir.O.yazır:
Mən özüm hazırda Sumqayıt şəhərində yaşayıram. Bu yaxınlarda, 16 iyunda Abşeron rayonun Novxanı kəndində tanışım Rəfael Hüseynovun mülkiyyəti olan 0.064 ha torpaq sahəsini bağ evi tikmək üçün almışam. Lakin çox təəssüflər olsun ki, bu yaxınlarda bağ yerinə gələndə gördüm ki, həyətimdə elektrik dirəyi basdırılmış və elektrik kabelləri çəkilmişdir. Mən aidiyyatı üzrə bu elektrik dirəklərini sahibindən icazə almadan özbaşına basdırmış Abşeron Elektrik Satış və Təchizat İdarəsi əməkdaşları ilə məsələni aydınlaşdırmağa çalışdım. Elektrik idarəsinin işçiləri mənə məsləhət verdilər ki, dirəkdir də basdırmışıq. Pulumuzu ver dirəyi çıxarıb ayrı yerdə basdırq, heç bir problem yoxdur. Mən onları başa salmağa çalışdım ki, siz harda gəldi bu dirəkləri basdıra bilməzzsiniz axı, bu sxem və plan üzrə həyata keçirilməlidir. Dirəyin yol kənarında basdırılmasına imkan olduğu halda niyə mənim mülkiyyətim olan torpağın daxilində bunu edirsiniz?. Əlqərəz bu dialoqdan belə başa düşdüm ki, “Azərişıq” ASC-nin bu işçiləri əvvəlcədən özlərinin planlaşdırdığı kimi, elektrik dirəklərini təyin olunmuş və təsdiq edilmiş xətt üzrə deyil, bilərəkdən fiziki şəxslərin həyətlərindəm keçməklə icra edirlər ki, sonrdan ev və ya torpaq sahiblərilə sövdələşmə-bazarlıq edərək pul qazanmaqla məşğul olsunlar.Onların əsas məqsədi də elə budur. Odur ki. Sizlərdən xahiş edirəm ki, “Azərişıq”ASC-nin Abşeron üzrə idarə işçilərinin elektrik dirəklərini məqsədli şəkildə pul qazanmaq üçün həyətlərimizdə basdırmağı və pul müqabilndə yenidən çıxarıb onu təsdiq edilmiş plan üzrə yerləşdirmə kimi oyunbazlıqlarının qarşısının alınmasına göstəriş verə və dərhal qanunsuz formada həyətimdə basdırdıqları elektrik dirəyinin yerinin dəyişdirilməsinə göstəriş verəsiniz. Sağ olun.
Aktualinfo.org