Gürcüstanın Ədliyyə naziri: “Saakaşvili sərhədi keçən kimi həbs ediləcək”

Gürcüstanın Ədliyyə naziri Teya Tsulukiani ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin videomüraciətinə cavab verib.
Gürcüstan mətbuatı xəbər verir ki, Tsulukiani Saakaşvilinin Gürcüstana gələcəyini alqışladığını və sabiq prezidentin sərhəddə tutulacağını deyib:
“Əlbəttə ki, o, güc tapıb Gürcüstana gələrsə, biz onu məmnuniyyətlə qarşılayarıq. Sözsüz ki, sərhəddə onu saxlanılma proseduru və Gürcüstan həbsxanası gözləyir.
Saakaşvili axtarışda olanların siyahısındadır və bir neçə instansiya ilə ona qarşı çıxarılan hökmlər qüvvəyə minib”.
Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti bu gün ölkəyə qayıdacağı ilə bağlı video paylaşıb:
“Bu yeddi il ərzində Gürcüstanla maraqlanmadığım bir gün olmayıb. Əminəm ki, prezident kimi fəaliyyətim boşa getməyib və yaratdıqlarımızın çoxu hələ də qorunub saxlanılır.
Eyni zamanda, Gürcüstanla bağlı xəbər eşitdiyim zaman dəqiq bilirəm ki, daha yaxşı yaşaya bilərik, hər bir gürcü varlı ola bilər və bunu birlikdə edə bilərik! Qayıdıram!”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password