İrəvanda çökən binanın altından bir nəfərin cəsədi çıxarıldı

 

Xilasedicilər İrəvanda partlayan evin dağıntıları altından bir kişinin cəsədini çıxarıblar.

Məlumatı Ermənistanın fövqəladə hallar naziri Feliks Tsolakyan hadisə yerinə toplaşan jurnalistlərə məlumat verib.

“Üçüncü zərərçəkən dağıntılar altından çıxarılıb, təəssüf ki, o, dünyasını dəyişib. Ailəsinə və yaxınlarına başsağlığı verdim. Xilasedicilər cəsədi təcili yardıma təhvil veriblər” deyib.

Onun sözlərinə görə, əvvəlcədən sükut rejimi elan edilmişdi ki, xilasedicilər qurbanın telefonuna zəng edərək onun yerini müəyyən edə bilsinlər. Ancaq telefonun kifayət qədər ondan uzaqda olduğu ortaya çıxıb. Əvvəlcə telefonu, sonra mərhumu tapıblar. Onun 56 yaşlı Artur Kazaryan olduğu müəyyənləşib. Hər ehtimala görə, o, partlayış zamanı yuxuda olub.

Tsolakyan deyib ki, onu xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, dağıntılar altında qalanlar yoxdur. Digər zərərçəkənlərə gəlincə, onlar 1949-cu il təvəllüdlü Svetlana S. və 1979-cu il təvəllüdlü Edgar M.-dır.

Onlar paytaxtın universitet xəstəxanasına aparılıb, onlardan biri ağır yanıq xəsarətləri alıb.

İndi bina seysmik müqavimət üçün sınaqdan keçirilir. İlkin məlumatlara görə, 1-3-cü bloklarda olan mənzillər təhlükəsizdir. 4-cü blokun mənzilləri yoxlanılır.

Dağıntı əsasən 5-ci blokda baş verib.

Raynis küçəsində yerləşən bina avqustun 26-da səhər tezdən qismən çöküb. İlkin versiyaya görə, partlayışa qaz sızması səbəb olub.

Ermənistanın fövqəladə hallar naziri Feliks Tsolakyan partlayışın səbəbləri ilə bağlı bütün suallara yalnız araşdırmadan sonra cavab veriləcəyini bildirib.(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password