“Aralıq dənizində Türkiyənin səbrini sınamayın!” – Ərdoğan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Aralıq dənizi, Egey və Qara dənizlərdə maraqlarını müdafiə etməyə bütün mümkün vasitələrlə, o cümlədən hərbi yolla hazır olduğunu söyləyib.

Türkiyə liderinin Muş vilayətindəki çıxışı Twitter səhifəsində yayımlanıb.

Ərdoğanın sözlərinə görə, Türkiyə bu bölgələrdə ona məxsus olanı alacaq.

“Tərəfdaşlarımızı onları məhv edəcək səhv addımlardan uzaq olmağa dəvət edirik. Türkiyə səbrinin, imkanlarının və qətiyyətinin sonsuz şəkildə sınanacağı bir ölkə deyil” deyib.

O qeyd edib ki, Türkiyə dövlətinə qarşı çıxanlar layiqli cavablarını alacaqlar.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir qazma gəmisinin Qara dənizdəki ən böyük qaz yatağını kəşf etdiyini açıqlamışdı.

Ehtiyatlar 320 milyard kubmetr qiymətləndirilir. Prezident tapıntını “tarixi nisbətlərin kəşfi” adlandırıb və əlavə edib ki, vətəndaşlara qaz tədarükü 2023-cü ilə qədər təhvil veriləcək.(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password