“Qızıl top”un bərpası üçün petisiya başladı
“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının bu il verilməsi üçün petisiya başlayıb.
Petisiyanı “Bleacher Report”un müxbirləri yaradıb və hazırda 140 mindən çox insan imzalayıb.
Qeyd edək ki, “France Football” nəşri koronavirus pandemiyasına görə yaranmış problem ucbatından mükafatın bu il heç bir oyunçuya verilməyəcəyini açıqlayıb. “Barselona”nın kapitanı Lionel Messi 2019-cu ildə 6-cı dəfə “Qızıl top” mükafatına layiq görülüb. 1956-cı ildən təşkil olunan mərasim ilk dəfə baş tutmayacaq.
Qeyd edək ki,iyul ayında yayılmış məlumatlarda futbolçuların 2020-ci ildə çıxışlarına əsasən ilk “10-luq” belə müəyyən edilmişdi.
Hazırda bu mükafatı almağa ən şanslı futbolçu “Bavariya”nın hücumçusu Robert Levandovskidir. Onu müvafiq olaraq, “Qızıl top”un altıqat qalibi Lionel Messi (“Barselona”) və 5 dəfə bu mükafata yiyələnən Kriştianu Ronaldo (“Yuventus”) izləyir.
“Qızıl top”a 10 iddiaçı
1. Robert Levandovski (“Bavariya”)
2. Lionel Messi (“Barselona”)
3. Kriştianu Ronaldo (“Yuventus”)
4. Kevin De Bruyne (“Mançester Siti”)
5. Tomas Müller (“Bavariya”)
6. Neymar (PSJ)
7. Erlinq Haland (“Borussiya” Dortmund)
8. Kilian Mbappe (PSJ)
9. Ceydon Sanço (“Borussiya” Dortmund)
10. Serj Qnabri (“Bavariya).