“Karantin qaydalarına riayət olunsa, təcrid olunmağa ehtiyac qalmayacaq” – Professor

Bəşəriyyət tarixində 60-a yaxın epidemiya və pandemiya baş verib. Bu gün dünya QİÇS, Hepatit C, epşteynbar (vərəm), papillomatoz və bunun kimi digər virusların pandemiyasını yaşayır. Lakin ispan qripindən sonra dünyada belə bir aktiv, tənəffüs yollarıyla keçən pandemiya olmamışdır. Dünya ölkələri bu qripə qəfil yoluxmaları ilə ilk təcrübələrini qazandı.

Bu sözləri professor Adil Qeybulla respubkilada karantinin təkrar uzadıma ehtimalı barədə danışarkən deyib.

O bildirib ki, karantin qaydalarına müntəzəm riayət olunsa, təcrid olunmağa ehtiyac qalmayacaq:

“Ümumdünya Səhiyyə Təşkilatı sərt karantinə ehtiyacın olmadığı qənaətinə gəlib. İnsanlar bu cür infeksialarla yaşamağa alışmalıdır. Sadəcə, qapalı mühitdə maska taxmaq, fiziki məsafəni gözləmək, əllərin dezinfeksiasına mütəmadi diqqət etmək kimi davranışlara düzgün şəkildə riayət etmək vacibdir. Sərt karantinə təkrarən dönmək – insanları dərin depressiyaya salmaq deməkdir”.

Həkim qapalı məkanlarda davranış qaydaları ilə bağlı dəqiq təlimatların tədbiq olunacağı halda mərasimlərin keçirilməsinin və yeraltı nəqliyyatın bərpasının mümkün olacağını qeyd edib:

“Hesab edirəm ki, sosial həyatın bütün sahələrini fəallaşdıraq lazımdır. Müəyyən davranış qaydaları üzrə təlimatlar tədbiq olunarsa, toy şənlikləri də keçirilə bilər. Eyni anda bir yerdə olan fərdlərin sayının məkanın sahəsinə nisbəti, fiziki məsafənin qorunması, insanların davranışlarına nəzarət edən mühafizəçilərin, girişlərdə dezinfeksiyaedici məhlulların olması və şadlıq evlərinin müvəqqəti olaraq kondisionerlərdən imtina etməsi önəmli amillərdir. Əlbəttə ki, bu durumda məkan sahiblərinin üzərinə böyük məsuliyyət düşür. İnsanlar öz tədbirlərini keçirə bilməlidir. Həyatı dondurmaq mümkünsüzdür. Əgər indi toyların keçirilməsi bu şəkildə ləngisə, yaxın zamanda ölkəmizdə ciddi demoqrafik problem müşahidə oluna bilər.

Bu qaydaları nəzərə alaraq metro da fəaliyyətini bərpa edə bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password