Dərslər onlayn keçirilərsə… – Psixoloqdan 3 təklif

 

Bir qədər əvvəl ictimaiyyət nümayəndələri Təhsil Nazirliyinə orta məktəblərin I, V, IX sinifləri üçün həftədə üç dəfə, ara siniflər üçün həftədə iki dəfə tədrisi nəzərdə tutan cədvəllər hazırlanması, X və XI siniflərdə isə tədrisin tam onlayn qaydada təşkil edilməsi barəsində təklif verib. Bəzi valideynlər isə bu sistemin şagirdlərin psixoloji durumuna mənfi təsir edəcəyindən narahat olduqlarını deyiblər.

Məsələ ilə bağlı danışan tanınmış psixoloq Adil Xəlilov bildirib ki, insan psixikası çox elastik olduğu üçün bu təklifin həyata keçirilməsi uşaqlara neqativ təsir etməyəcək:

“Cəmiyyətdə inkişaf üçün eksperimentlər tələb edilir. Hətta ola bilər ki, təhsildə bu dəyişiklik şagirdlərə daha çox motivasiya versin. Onlayn dərslərin psixoloji cəhətdən müsbət tərəfləri çoxdur”.

Ekspert bu sistemin daha çox müəllimlər üçün çətinlik yarada biləcəyini deyib:

“Uşaqlar tələsmədən, uzaq yola vaxt və enerji xərcləmədən dərslərdə iştirak edirlər. Üstəlik, bu yenilik uşaqlar üçün maraqlı gəlir, bu da motivasiyaya müsbət təsir göstərir. Müəllimlərin çoxu isə kompüter və internet sahəsində təcrübəsizdir. Xüsusən də onlayn formatda çıxış etmək, uşaqların diqqətini mövzuda saxlamaq elə də asan deyil. Mən çıxış yolunu təhsil sisteminin ümumi strukturunun dəyişilməsində görürəm. Misal üçün, müəllimlər öz dərslərini daha maraqlı, sərbəst, psixoloji cəhətdən daha asan, amma eyni zamanda rezultativ formatda keçməlidirlər. Bunun üçün müəllimlərə liderlik, xarizma, çıxış etmə bacarıqlarını və ən əsası insan psixologiyasını öyrətmək lazımdır”.

A.Xəlilov qeyd edib ki, valideynlər üçün ən çətin tərəf uşaqlarda məsuliyyət hissini inkişaf etdirməkdir:

“Çünki valideyn işə gedir, 9 yaşlı uşağı isə dərslərin onlayn keçirilməsi səbəbindən artıq evdə tək qalmalıdır. Valideyn narahatdır, çünki bundan öncə uşaq evdə tək qalmırdı və yeməyi özü qızdırmırdı.

Buna görə də mənim yekun və ən əsas fikrim 3 maddədən ibarətdir:

Birincisi, məktəb psixoloqları tək uşaqlarla yox, valideynlərlə də ciddi və məcburi şəkildə işləməlidir.

İkincisi, məktəblərdə psixoloqdan əlavə, liderlik üzrə təlimçi və karyera üzrə kouç olmalıdır.

Üçüncüsü isə fizika, həndəsə və riyaziyyat kimi çətin fənlərin proqramı azaldılaraq, əvəzinə etika, liderlik, sevgi, ailə, karyera üzrə təlimlər əlavə edilməlidir”.(axar.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password