Əsir düşən erməni komandir pis hava şəraitində azıb? – Şuşan Stepanyan yenə özünü dolaşığa saldı

Xəbər verdiyimiz kimi, bu gün səhər saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Nəticədə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.

Erməni mediası müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyana istinadən yazıb ki, guya Ermənistan Silahlı Qüvvələrinin təxribat və kəşfiyyat qrupunun komandiri Qurgin Alberyan əlverişsiz hava şəraiti səbəbindən itkin düşüb və itib.

Rrmənilərin belə insidentlərə “özlərinə məxsus” “don” geyindirməsi ilk dəfə deyil.

Müdafiə nazirliyinin bu gözəlçə sözçüçü dediyi sözüylə yenə də özünü, ümumiyyətlə işğal olunan Azərbaycan torpağından o komandirə göstəriş verən generalları dolaşığa salıb. Bu necə kəşfiyyat komandiridir ki, kompassız və xəritəsiz “yola” çıxıb və pis hava şəraitində azıb. Əslində Alberyanın sumkasında kompası da, xəritəsi olmamış deyil. Sadəcə onun “planlarını” duyan və qarşısını kəsən igid Azərbaycan əsgəri olub.

Yeri gəlmişkən, bu gün daha bir erməni hərbçisi cəhənnəmə vasil olub. Erməni mediası onun ürək tutmasından öldüyünü deyir. Ancaq çox böyük ehtimalla, o, Azərbaycan snayperinin gülləsinə tuş gəlib.

Əsir düşən erməni komandir pis hava şəraitində azıb? – Şuşan Stepanyan yenə özünü dolaşığa saldı

Bu gün Tovuz şəhidlərinin qırxı idi. Gərək bu gün baş leytenanat yox, general ələ keçəydi. Yəqin yaxın zamanlarda o da olacaq. Və bötövlükdə torpaqlarımız işğaldan azad ediləcək.(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password