Tanınmış xanım bloggerin Azərbaycanda roman yaşadığı idman naziri kimdir? – VİDEO
Rusiyada öz dəbdəbəli həyatı ilə məşhurlaşmış zəngin iş adamı olan Olqa Leybman öz instaqram hesabında maraqlı etiraf edib. O bildirib ki, illər öncə Azərbaycanın idman naziri ilə münasibəti olub.
Aktualinfo.org Sfera.az-a istinadən xəbər verir ki, Olqa Leybman iş adamıdır. Özünü daşınmaz əmlak biznesindən kinomotaqrafiyaya qədər müxtəlif sahələrdə sınayıb. Hal-hazırda sağlam həyat tərzİ və dietalari ilə bağlı bloqer kimi məşhurdur.
Olqa Leybman hal-hazırda 3-cü əri olan Kiril Yakovlevlə yaşayır. Kiril xüsusi xidmət orqanının əməkdaşıdır. Olqanın ilk həyat yoldaşı Dinamo Futbol Klubunun oyunçusu, ikinci həyat yoldaşı isə Amerikalı iş adamı olub.
Olqa həm də Moskvanın ən lüks səmti olan Rublyovkadakı dəbdəbəli villası ilə məşhurdur.
Xanım iş adamı həm də bahalı maşınların həvəskarıdır.
Araşdırmalarımız göstərdi ki, Olqa Leybmanın Azərbaycanlı dostları az deyil və xanım iş adamı bir neçə dəfə Azərbaycanı ziyarət edib.
Maraqlıdır görəsən Rusiyada milyonlarla insanın rəğbətini qazanmış bu xanımın qəlbini fəth edən Azərbaycanlı Nazir kim olub?
Aktualinfo.org xatırladır ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin 179 saylı fərmanı ilə 26 iyul 1994-cü il tarixdə yaradılıb.Elə həmin tarixdə də Heydər Əliyevin fərmanı ilə Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2001-ci il tarixli 528 saylı fərmanı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə çevrildikdən sonra da 2006-cı ilə qədər Əbülfəs Qarayev sözügedən nazir vəzifəsini daşıyıb. Qeyd edək ki,Əbülfəs Qarayev nazir təyin olunana qədər Rusiyada biznes fəaliyyəti ilə məşğul olub,1993–1994-cü illərdə “İMPROTEKS Kommers” şirkətində müdir vəzifələrində çalışıb.
Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2006-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilır.Sözügedən Fərmana əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliy, Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradılır. Azərbaycan Respublikası Prezidentintinin 30 yanvar 2006-cı il tarixli sərəncamı ilə Əbülfəs Qarayev Mədəniyyət və Turizm naziri ,7 fevral 2006-cı il tarixli sərəncamı ilə Azad Rəhimov Azərbaycan Respublikasının Gənclər və İdman Naziri vəzifəsinə təyin edilib.
Aktualinfo.org