Sumqayıt polisində yol verilən qanun pozuntusundan Prezidentə yenə şikayət olundu

 

Sumqayıt şəhər sakini Rzayev Samid Nüsrət oğlu tərəfindən üzləşdiyi problemlərələ əlaqədar artıq üçünçü dəfə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya,Prezident Adminstrasiyasının rəhbəri Samir Nuriyevə,Baş nazir Əli Əsədova,  AR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova,DİN Baş İstintaq və Təhqiqat İdarəsinin rəisinə,DİN Baş Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisinə,Sumqayıt şəhər prokurorluğuna,Ombudsman Aparatının rəhbərinə və KİV nümayəndələrinə Sumqayıt şəhər Polis İdarəsinın məsul şəxsləri ilə evindən oğurluq edən şəxslərin gizli sövdələşmələrinin qarşısının alınması və hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqının Sumqayıt Prokurorluğu tərəfindən aparılması barədə şikayət dolu müraciət məktubu ünvanlanıb.

Aktualinfo.org xatırladır ki,vətəndaş Samid Rzayevin müraciəti əsasında hazırlanmış,18 iyul 2020-ci il tarixdə dərc etdiyimiz “Sumqayıt şəhər Polis İdarəsi oğruların tutulmasında niyə maraqlı deyil?” , ” Rauf Babaşov Sumqayıtda oğrulara havadarlıq edir,polis rəisi isə susur” başlıqlı məqalələri geniş içtimaiyyətin diqqətinə çatdırmaqla yanaşı,vətəndaşın üzləşdiyi problemin həll olunmasında köməklik göstərilməsi məqsədi ilə tərəfimizdən yuxarıda adları çəkilən bütün dövlət orqanları rəhbərlərinin də elektron poçt ünvanlarına göndərilmiş, diqqətlərinə çatdırılmışdır.Lakin vətəndaşın yazdığı ikinci müraciətdən göründüyü kimi, Sumqayıt şəhər Polis İdarəsinin rəhbərliyi geniş ictimaiyyətin də diqqətinə çatdırılmış bu oğurluq hadisəsəinin üstünün açılmasında həqiqətən maraqlı deyil.Vətəndaş Samid Rzayev üçüncü müraciətində yazır:

Bir daha xatırladım ki, bu il, 20 iyun , gecə saat 23-26 dəqiqədə yaşadığım evdə baş vermiş oğurluq nəticəsində şəxsi əşyalarım və içərisində qızıl-zinət əşyaları, brilliant olan əl çantamın aparılması nəticəsində 41000 manat maddi ziyan dəymişdir. Hadisəyə Sumqayıt ŞPİ-nin 4-cü PB-də ilkin təhqiqat aparılmış və iş materialları İstintaq İdarəsinə göndərilmişdir. 27 iyun 2020-ci ildə Sumqayıt ŞPİ-nin müstəntiqi Əmrah Rüstəmov cinayət işinin başlanması barədə qərara qəbul etmişdir. Lakin qərarda mənə dəymiş ziyanın 25000 mant olduğu göstərilmişdir. Halbuki, mən izahatımda 41000 manat ziyan dəydiyini yazmışdım. Niyə 4-cü PB-nin rəisi bu rəqəmi qəsdən azalmış formada yazdırdı mənə aydın deyil.

Binanın kamera görüntülərindən də aydın görünür ki, cinayətkarın üzü aydın görünür. Lkin bununla bağlı polis heç bir tədbir görmək istəmir. Oğurluq olduğu gecə, evimdən qızı-zinət əşyalarıilə birlikdə çay dəsmalı da götürülmüdür. Hansı ki, kamera görüntüsündə bu dəsmalı oğru başına salıb kameralardan yayınmaq istəyib. Və bu dəsmal da hadisənin sabahı günü oğrunun evindən aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Hazırda bununla da bağlı heç bir araşdırma aparılmır. Oğurluqda şübhələndiyim şəxslərlə telfonla söhbət zamanı onlar bildirdilər ki, bizi polis rəisinin müavini Rauf Babaşov qoruyur, havadarlıq edir. Yəni, mobil operatora rəsmi müraciətlə oğrunun onu müdafiə edən Sumqayıt şəhər Pİ-nin rəis müavini R.Babaşovun çox arxayınçılıqla adını çəkməsini təqdim edilmiş səs yazısında dinləyə bilər.

Necə olub ki, oğru yaşadığım binanın əsas qapısından jetonla rahatlıqla daxil olur, sonra 3-cü mərtəbədəki evimə 23-30 radəsində balkondan plastik qapını sındıraraq içəri girir və əşyaları götürüb 16-cı mərtəbəyə- maklerin mənzili olan otaqda digər narkoman yoldaşının yanına qalxır və tez də düşüb gedir. ( kamera görüntüləri disklə təqdim edilib.

Şübhələndiyim şəxslər – Rəhimov Alik Mürvət oğlu  və  Əhədov  Rəşid Vaqif oğulu  mənə deyirlər ki, bizim arxamızda Sumqayıt ŞPİ-nin rəis müavini Rauf Babaşov dayanıb.Həmin adamlar bizim tərəfimizdən dəfələrlə şübhəli hərəkətləri olduğu əli olan şəxslər olduğu aydındır. Bu şübhəli şəxslər narkoman və oğurluq etdiklərinə görə əvvəllər də cinayət işləri olub.  Budur, son günlər müstəntiq bu adamların tapılaraq istintaqa gətirilməsini tələb etsə də 4-cü PB-nin polisləri buna əhəmiyyət vermir, şübhəliləri qəsdən İstintaq gətirmirlər.

 Bu gün mənə o da məlum oldu ki, Sumqayıt ŞPİ-ni üzdə olan oğruların tutulub istintaq təhvil verilməsində maraqlı görünmürlər. 44 gündür ki, istintaq işi formal olaraq aparlır. Sadəcə görünən budur ki, polis formal cinayət işi başlanması barədə formal qərar qəbul edib və işi atıb bir tərəfə. Mən yuxarı orqanlara və son bir həftədə 10 dəfə DİN-nin 102 xidmətinə  bu barədə şikayətlər göndərsəm də hələlik nəticəsi yoxdur. 

 Müstəntiq isə vaxtaşırı formal cavablar verir ki, lazımi istintaq hərəkətləri davam edir və s.

Sumqaıt ŞPİ-nin 4-cü PB-nin rəisi və əməliyyatçılar nədənsə oruların 3-nü də tutub PB-nəib təhvil versə də polislər cavab veririr ki, yox bu oğruya oxşamır və s. Halbuki, fotosu da videodakı boy buxunu da dəqiqləiklə uyğun gəlir. Oğru izahatında qeyd edir ki. bir dəst sırğanı satmışam. Dediyi sırğalar da mənim əmlakımla uyğunluq təşkil edir. Amma nədənsə polislər konkret desək oğruları həbs etməkdə maraqlı görünmürlər. Budur, dünən axşam saxladıqlrı əsas oğrunu bu gün axşam buraxdılar. Qısası mən bu oyunbazlıqdan yorulmuşam.

Cənab nazir Vilayət Eyvazov! Mən 47 ildir ki, Sumqayıt şəhərində yaşayıram. Və polis R.Babaşovun keçmişini də bu gününü də yaxşı tanıyarm ki, kimdir. Ona görə də Sizdən xahiş edirəm ki, şəxsən Sizin nəzarətiniz altında tapılmış, lakin bu gün yenidən evlərinə buraxılmış oğruların barəsində qəti imkan tədbirlərinin seçilməsinə göstəriş verəsiniz. Hər dəfə oğruları azadlığa buraxdıran R.Babaşov bu məslədə nə kimi şəxsi maraqlarının olmasının araşdırılmasına göstəriş verməyinizi bir daha xahiş edirəm.

  Cənab Prezident İlham Əliyev və baş prokuror cənab Kamran Əliyev! Ölkəmizin indiki müharibə şəraitində, pandemiya dövründə Sumqayıt polisində marqlı şəxsin açıq aşkar müdaxiləsinin və sübut olunan cinayəti etiraf edən oğruları istintaqa cəlb etmək istəməməsinin  motivlərinin  araşdırılmasına və bu oğurluq hadisəsinin tezliklə açılması üçün istintaq araşdırmalarının Sumqayıt ŞPİ-dən alınaraq Bakı Baş polis İdarəsinə və ya Sumqayıt Şəhər Prokurorluğuna verilməsi barədə aidiyyatı üzrə göstəriş verəsiniz. Əvvəlcədən sağ olun deyirəm.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password