“Navalnının vəziyyəti qeyri-sabitdir, onu nəql etmək olmaz” – BAŞ HƏKİM
Omsk xəstəxanasının baş həkimi Navalnının vəziyyətinin qeyri-sabit olduğunu bildirib.
Bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.
“Navalnının vəziyyəti yaxşılaşıb, amma qeyri-sabitdir. Onu nəql etmək olmaz”. Omsk xəstəxanasının baş həkimi belə deyib.
Aleksey Navalnının mətbuat katibi Kira Yarmış bu informasiyanı təsdiq edib: “Həkimlər onun nəql edilməsinə razılıq vermirlər”.
Qərar Moskvanın Burdenko və Piroqov mərkəzlərinin mütəxəssislərinin iştirakı ilə keçirilən iclasda qəbul edilib.
“Xəstənin vəziyyəti yaxşılaşıb, amma sabit deyil və nəqliyyat üçün tam sabitləşməyə nail olmaq lazımdır”. Omsk xəstəxananın baş həkimi Aleksandr Muraxovski izah edib.
Əlavə edib ki, mümkün beş diaqnoz nəzərdən keçirilir, lakin adları çəkilmir. Araşdırma davam edir, ilkin məlumatlara görə vəziyyəti aydınlaşdırmaq üçün daha iki gün lazım olacaq.
Öz növbəsində nəqliyyat polisinin işçisinə istinadən bildirilib ki, Navalnının bədənində zəhər tapılıb: “Bu, təkcə xəstə üçün deyil, ətrafındakılar üçün də təhlükəlidir”.
Navalnı 1 nömrəli Omsk təcili xəstəxanasının reanimasiya şöbəsindədir. Tomskdan Moskvaya uçan təyyarədə özünü pis hiss edib və Omsk şəhər xəstəxanasına aparılıb.
Navalnının tərəfdarları deyirlər ki, onların liderlərini zəhərləyiblər. Xəstəxana zəhərlənmənin versiyalardan biri olduğunu söyləyib.
Aparılan araşdırmaların nəticələrinə görə həkimlər Navalnıda insult, infarkt, o cümlədən koronavirus əlamətlərini tapmayıblar.
Qeyd edək ki, Navalnını Almaniyaya aparmaq üçün bu gecə Nürnberqdən tibbi təyyarə Omska doğru uçub.(konkret.az)