“Marneulidə görülməli işlər çoxdur” – Gürcüstanın baş naziri
“Marneuli güclü bölgə olsa da, rayonda infrastruktur baxımından görülməli işlər çoxdur”.
Bu barədə Marneulidə səfərdə olan Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.
O deyib ki, bu gün Marneulidə içməli su və kanalizaiya sisteminin inşası davam etdirilir: “Layihənin həyata keçirilməsinə dövlət büdcəsindən 200 milyon lari vəsait ayrılıb. Tikinti işləri başa çatandan sonra Marneuli və ətraf kəndlər 24 saat fasiləsiz su ilə təmin olunacaqlar”.
Hökumət başçısı Marneulidə suvarma su sistemi ilə bağlı problemlərin olduğunu qeyd edib: “Marneulidə çoxlu işlər görülür, lakin biz bunun kifayət qədər olduğunu demirik. Biz sabahı bu gündən daha yaxşı etməliyik”.
G.Qaxarianın sözlərinə görə, Marneuli kənd təsərrüfatı baxımından Gürcüstanın ən inkişaf etmiş bölgəsidir: “2013-cü ildə Gürcüstandan 511 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac olunub: “2019-cu ildə bu göstərici 900 milyon dollara çatıb. İxrac təxminən iki dəfə artıb və burada Marneulinin də payı var”.
Baş nazir bildirib ki, Marneulidə 8 məktəb bərpa, 3 məktəb isə inşa olunur: “Biz təhsil sistemində islahatları da diqqət mərkəzində saxlamalıyıq. Gürcüstanın bütün vətəndaşları gürcü dilini bilmədirilər ki, onların dövlət qurumlarında karyera yolları açıq olsun”. (report.az)