İnfokratiya yeni təfəkkür tərzi ilə virtual həyatımıza smart kimliyimiz olaraq girmişdir – Ekspert

 

Bildiyimiz kimi müasir kibertexnologiyaların  yaxud texnoloji innovasiyaların gətirdikləri bir sıra yeni xüsusiyyətlər  keyfiyyətlər cəmiyyət daxilində,eləcə ,müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətli  dəyişikliklər etmək gücündədir.Müasir texnologiyalar üzərində qurulan yeni beynəlxalq siyasi sistem inkişaf prosesində olduqca maraqlı, ancaq eyni zamandada,proqnozlaşdırılması xeyli çətin olan problemlər  gətirir.Bu kimi problemlər cəmiyyətimizin ən ağılagəlməz sahələrinə nüfuz etməklə yanaşı,bir sıra hallarda yeni keyfiyyət dəyişikliklərinə, əksər hallarda isə dəhşətli aşınmalara gətirib çıxara bilər.Artıq müasir dünyamızı cənginə almış bu texnoloji yenilikləri Azərbaycan cəmiyyəti necə qəbul edir və yaxud da qəbul etmək iqtidarındadırmı?İnkişaf etmiş bir çox dövlətlərdən fərqli olaraq hələ də kohnə stereotipləri başından çıxara bilməyən azərbaycan cəmiyyəti bu kimi yeniliklərlə ayaqlaşa biləcəkmi?

Aktualinfo.org bu və buna bənzər yeniliklərin cəmiyyətimizə təsirinə,bir çox dünya ölkələrinin həyatına artıq çoxdan inteqrasiya olunmuş müasir informasiya daşıyıcılarının cəmiyyətimizdəki roluna internet və yüksək texnologiyalar üzrə müstəqil ekspert Əflatun Məmmədovun münasibətini öyrənib. Ekspert açıqlamasında qeyd edir ki:

Bildiyimiz kimi, XXI əsr İnternet əsridir.İnternet əsri,həm də özü ilə bərabər gətirdiyi yeni bilik və vərdişlərlə yanaşı bəşəriyyətin gələcəyini də yönləndirməkdədir.Bununla da informasiyalı cəmiyyət yeni çağın ictimai- iqtisadi formasiyası olan informasiya cəmiyyətinin təməlini qurmuşdur.Belə ki, yeni əsrimizdə təşəkkül tapmış informasiya cəmiyyəti özündən bir əvvəlki ictimai- iqtisadi formasiyanı yeniləməkdədi və bu da öz növbəsində, yeni çağın diktə etdiyi və qeyd etdiyimiz kimi qaçılmaz olan bir növbəti ictimai- iqtisadi formasiyanın- infokratiyanın ( informasiya cəmiyyətinin ) əsaslarını qurmaqdadı.

İnfokratiya – dedikdə ilk ağıllı insanın ( homosapiens ) yaranışından bu günə, XXI – ci əsrə kimi, internet və onun resurslarının üzərində bərqərar olan kretiativ informasiya cəmiyyətininin yaratdığı yeni üsul innovativ intelkektual idarəetmə münasibətləri başa düşülür. O cümlədən, bu yeni yanaşmalar tələb edən istehsal münasibətlərini də şərtləndirən bəşəri tərəqqinin qədəm qoyduğu bir növbəti ictimai- iqtisadi formasiyanı :- “ informasiya cəmiyyəti “ -nin yaratdığı yeni cağdaş quruluşa da həmçinin, aydınlıq gətirərək virtual mənzərəni gözlər önünə sərir.

Bu konteksdə infokratiya qavramı, yeni təfəkkür tərzi və düşüncə yönlərini üstün zəkalarda canlandıraraq virtual həyatımıza virtual kimliyimiz olaraq girmişdir.Bəşəriyyətin daxil olduğu bu yeni virtual çağın tələblərinə uyğun olaraq yaranmış yeni ictimai- iqtisadi formasiya da, öz növbəsində, təbii olaraq cəmiyyətin həyatında təşəkkül tapmış və yeni istehsal qaydalarını, emal üsullarını, xidmət prinsiplərini, həmçinin, bu prinsiplər üstündə qurulan sferalarda innovativ əsaslarda müasir dövrün tələblərinə uyğun intellektual idarəetmə üsul və mexanizmləri də özündə şərtləndirmişdir.

Artificial Intelligence's Role in Healthcare; Work Smarter, not ...

Yeni təffəkürün formalaşması informasiya cəmiyyətində əsas silah sayılan intellektual yanaşmaları inkişaf etdirərək intellektual idarəetməni də virtual məkanda daha da dərinləşdirəcəkdir.Eyni zamanda, informasiya cəmiyyətinin önünə də yeni kreativlik tələb edən texniki – təşkilati və hüquqi tapşırıqların həlli üçün əsas açar rol oynayan smartman(ağıllı insan) fenomeninin tələbini və gerçəkliyini də ortaya çıxartmışdır.Bu smartman fenomenin belə gedişlə faydalı intellektuallıq əmsalı da ( İQ- intellectual coefficent ) get- gedə daha da inkişaf edərək yüksələcəyi də heç şübhəsizdir.Həmçinin, bu yeni çağırışlara və tələblərə uyğun olaraq cağımızın virtual əmək alətləri hesab olunan internet və onun smart resursları üzərində yeni insan türü dediyimiz smartman fenomeni informasiya cəmiyyətinin qarşısında duran və artan xətlə yüksələn bütün məsələlərin həllinə də rahatlıqla üstlənəcəkdir.

Bildiyimiz kimi, istənilən uğurlu əmək fəaliyyətinin və biznesin istər real həyatda, istərsə də virtual məkanda təşkilində və həmçinin idarə olunmasında təməl prinsiplər, smart kreativlikdən doğan innovasiyaların, daha doğrusu smartman fenomenin ortaya çıxması ilə qarşıda duran həlli vacib həyati – məsələlərin reallaşdırılması mümkün olacaqdır. Odur ki, bütün bunlar, eyni zamanda, yüksək innovativ texnologiyaların müşayəti ilə informasiyalı cəmiyyətin əsasını təşkil edən yeni üsul intellektual idarəetməni də qaçılmaz edəcəkdir.

UTECA-da informasiya texnologiyaları üzrə təlimlər keçirilib ...

Və beləliklə, yuxarıda qeyd etdiyimiz kimi homosapiensdən ( ilk ağıllı insanın şüurlu varlığından) üzü bu yana smartman fenomeni, öz yeni icadı sayılan İnternet və internet resurslarının, o cümlədən infokratiya dediyimiz informasiya cəmiyyətinin əsas prinsipləri, kriteriyaları və başlıca amilləri həm aydın şəkildə təsnifatlaşdırılacaq və həm də izahlı şərhlərinin verilmısi ilə məhdud peşəkar mütəxəssislərlə yanaşı həvəskar oxucuların da dünyagörüşlərinə faydalı olacağı düşüncəsindəyik…

İnfokratiyanın əsas kriteriyaları:

⁃ internet və internet resursları;
⁃ İnnovativ İKT və yüksək texnologiyalar;
⁃ Yeni nəsl mobil şəbəkələr ( LTE- long term evolutions);
⁃ İnformasiya cəmiyyəti;
⁃ İnformasiya təhlükəsizliyi;
⁃ İnformasiya müharibələri;
⁃ Kibercinatətkarlıq;
⁃ Sosial şəbəkələr;
⁃ İnternet etik kodeksləri;
⁃ İnternet idarəetməsi;
⁃ Virtual pasport/kimlik;
⁃ Smartkimlik vəya smartmanlıq;
⁃ İntellektual idarəetmə;
⁃ İntellektuallıq əmsalı(İQ);
⁃ Və digər…

Göründüyü kimi rəqəmsal alətlərin təklif etdiyi yeniliklərə bu gün daha çevik reaksiya verilir.Çünki müasir cəmiyyətlərdə insanlar rəqəmsallaşdıqca,vərdişlərimiz və davranış modellərimiz də ona uyğun adaptasiya olunur.

 

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password