Yerevandan “Aprel döyüşləri” açıqlaması: “20-dən artıq strateji post azərbaycanlılarda qaldı”

 

Ötən gün mətbuat konfransı keçirən Ermənistanın eks-prezidenti Serj Sarkisyan “Aprel döyüşləri” zamanı Azərbaycan ordusunun azad etdiyi  mövqelərin sayını azaltmağa cəhd etmişdi. O, döyüşlərlə bağlı yaradılmış parlament komissiyasının hesabatında göstərilən rəqəmlə razılaşmamışdı.

“Komissiya sədri Andranik Koçaryanın 20-dən artıq döyüş mövqeyinin itirilməsi ilə bağlı açıqlaması düzgün deyil. Bunu komissiyanın hələ işini tam əsasda icra etməməsi ilə əlaqələndirirəm”- deyə Sarkisyan açıqlama vermişdi.

Bununla belə o, Azərbaycan ordusunun azad etdiyi döyüş mövqelərinin dəqiq sayını açıqlamayıb.

Məsələyə münasibət bildirən parlament üzvü, “Mənim addımım” fraksiyasının deputatı Armen Xaçatryan isə Sarkisyanı yalan danışmaqda ittiham edib.

“Komissiyanın döyüş mövqeləri ilə bağlı açıqlaması Müdafiə Nazirliyinin keçmiş və indiki şəxsləri ilə müzakirələrdən sonra açıqlanıb. Yəni itirilən ərazilərlə bağlı rəqəm Nazirliklə, hərbçilərlə dəqiqləşdirilib. Bəzi döyüş mövqeləri, postları stratejidir. Bəli, düşmənin əlində 20-dən artıq post qalıb”-deyə Xaçatryan deyib.

O, Serj Sarkisyanın açıqlamalarını “Aprel döyüşləri”ndəki məğlubiyyətin miqyasını azaltmaq cəhdi adlandırıb. /Modern.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password