Ərdoğan cümə günü müjdəni verəcək, ancaq biz… – Doğu

Müjdəni verməyi hörmətli Prezidentimizə buraxaq, amma Zonquldağ sahillərində təbii qaz tapıldığını biz də son 1-2 gün ərzində öyrəndik.

Bu açıqlama ilə Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək çıxış edib.

“Blumberq” agentliyinin yaydığı xəbəri şərh edən D.Perinçək deyib:

“Cümə gününü gözləmədən proqramda yaxşı xəbər elan edildi. Zonquldağ sahillərində karbohidrogen yataqları və təbii qazın olduğunu öyrəndik. Ancaq Prezidentimiz müjdəni özü verəcək, icazə verin, bu yaxşı xəbərin nə olduğu barədə bir açıqlama yaymayaq”.

Qeyd edək ki,”Blumberq agentliyi Türkiyənin Qara dənizdə enerji mənbələri tapdığı barədə məlumat yayıb. Bundan öncə isə Prezident Rəcəb Tayyib Ərdoğan açıqlamasında cümə günü yeni xəbəri ictimaiyyətlə bölüşəcəklərini bəyan edib.(axar.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password