Kreml Lukaşenkonun Putinə niyə tez-tez zəng etdiyinin səbəbini açıqladı
Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Belarus lideri Aleksandr Lukaşenko arasındakı son təmaslardan danışıb.
Bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.
Peskov dövlət başçılarının Belarusdakı hadisələr fonunda daim təmasda olmasını normal hal adlandırıb.
Qonşu ölkədəki vəziyyətə gəlincə, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi qeyd edib ki, Kreml Belarusun daxili işlərinə kənardan müdaxilə etməyə cəhd göstərir.
“Belarus Birlik Dövlətimiz və bizə qardaş ölkədir. Belarus xalqı da qardaş xalqımızdır. Biz Belarusda baş verənlərə bu ölkənin daxili işi kimi baxırıq” deyib.
Kreml vurğulayıb ki, Belarusda vəziyyəti qanun çərçivəsində saxlamaq üçün hər cür şərait yaradılmalıdır.
“Təəssüflə bildiririk ki, birbaşa müdaxilə cəhdləri baş verir. Özümüz belə müdaxiləni qəbuledilməz hesab edirik” deyib.
Avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İndiki dövlət başçısı Aleksandr Lukaşenko səs çoxluğu ilə qalib gəlib. Bundan sonra ölkədə asayiş keşikçiləri ilə toqquşmalara səbəb olan etirazlar başlayıb.
Müxalifət hesab edir ki, əslində Lukaşenkonun rəqibi Svetlana Tixanovskaya seçkidə qalib gəlib və səsvermənin rəsmi nəticələri saxtalaşdırılıb.
Rəsmi məlumatlara görə, Belarusdakı etirazların ilk günlərində 6,700-dən çox adam nəzarətə götürülüb.(konkret.az)