Gəncəyə zərbə endirmək? Uşaq bağçasıdır… – Tixanski
Ermənistanın Gəncəyə zərbə endirməklə bağlı təhdidi Türkiyə-Azərbaycan hərbi təlimləri ilə əlaqədardır. Siyasətçilər deyirlər, hərbçilər isə müharibəyə hazırlaşır və vuruşurlar.
Bu sözləri Rusiya Hərbi Elmlər Akademiyasının professoru Aleksandr Tixanski deyib.
ATƏT-in Minsk Qrupunun artıq vərdişə çevrilən hərəkətsizliyi və reaksiyasızlığı haqda danışan həmsöhbətimiz qeyd edib ki, təşkilatın Dağlıq Qarabağ məsələsi üzrə nümayəndələri hazırda bütün Avropa siyasətçilərinin toplaşdığı yerdə – Polşadadır:
“Belarusda hakimiyyət transformasiyası onları daha çox narahat edir: ölkədə hakimiyyəti və onun geosiyasi vektorunu dəyişmək fürsəti yaranıb. Beləliklə, Ermənistan vurmağa cəsarət etməyəcək. Və ümumiyyətlə, heç kim heç yeri vurmayacaq – bu prosesdə marağı olan aktorlar yoxdur. Təxribatçılar olub və olacaq. Artlq çoxdan – 2018-ci ildən bəri mən Paşinyanın və ətrafındakıların sözlərini qiymətləndirməkdən imtina etmişəm. Çünki ora uşaq bağçasıdır. Daha yüksək səslə kim qışqırırsa, ona da qulaq asırlar. Ancaq tökdüklərini (dedikləri sözüləri – red.) özlərindən sonra heç kim təmizləmək (şərh etmək – red.) istəmir”, – Tixanski deyib.
Qeyd edək ki, Ermənistanın Qarabağda yaratdığı qondarma rejimin separatçı lideri Araik Arutyunyan Azərbaycana “mümkün cavab tədbirləri”sırasında Gəncəyə “zərbə” vura biləcəklərini deyib.(axar.az)