ABŞ səfiri: “Cənub Qaz Dəhlizi geosiyasi baxımdan unikaldır”
“ABŞ-ın Azərbaycana zəngin enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasında və Avropada enerji təchizatının diversifikasıyasında göstərdiyi səyə verdiyi dəstək bizim dövlətlərimizin iqtisadi və enerji əməkdaşlığının zəminini təşkil edir”.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Li Litzenberger 2020-ci ilin Regional Enerji Təhlükəsizliyinə dair Simpoziumunda deyib.
O qeyd edib ki, Birləşmiş Ştatlar anlayır ki, Azərbaycan hazırda Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə əsasən neft ixrac edən dövlətdən daha çox təbii qaz ixrac edən dövlət olmaqda keçid dövrünü yaşayır. “Azərbaycan həm də qeyri-neft iqtisadiyyatının diversifikasiyasa yönələn fəaliyyətləri həyata keçirməkdədir.
Bizim Cənub Qaz Dəhlizi layihəsinə verdiyimiz dəstək 90-cı illərin sonunda Bakı-Tiflis-Ceyhan (BTC) kəmərinın verdiyimiz dəstəyin zəminində qərarlaşır. O zaman mən Qazaxıstanda çalışırdım və orada BTC-yə bənzər təşəbbüslər üzərində işlədiyimiz üçün sözügedən layihə barədə məlumatım var idi.
Amerika şirkətləri 1994-cü ildə imzalanan və Azərbaycanın zəngin enerji ehtiyatlarının işlənməsini nəzərdə tutan Əsrin Müqaviləsində ən geniş şəkildə iştirak ediblər. Biz Azərbaycanın iqtisadi inkişafı üçün milyardlarla ABŞ dolları dəyərində olan sərmayyələrimizi yatırmağa davam edirik.
Keçən il biz sözügedən müqavilənin imzalanmasının 25-ci ildönümünü qeyd etmiş və gələcəkdə görüləcək işlərə dair üzərimizə götürdüyümüz öhdəliyə sadiq olduğumuzu vurğulamışdıq”.
Səfir bildirib ki, Cənub Qaz Dəhlizi bənzəyən meqalayihələr geosiyasi baxımdan unikaldır. Onun sözlərinə görə, dəyəri milyardlarla ölçülən və minlərlə kilometr məsafədə yaşayan insanların həyatlarına təsir edən layihələrın uğuru müxtəlif hökumətlərin və özəl şirkətlərin uzunmüddətli birgə fəaliyyətindən asılıdır.
“Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində çalışan dövlətlərin suverenliyi və müstəqilliyi üçün strateji mahiyyət təşkil edir, habelə müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
Fürsətdən istifadə edərək mən Birləşmiş Ştatların Cənub Qaz Dəhlizi layihəsinə qatılan dövlət və şırkətlərə göstərdiyi dəstəyi yenidən vurğulamaq istəyirəm.
Bu layihə Rusiyanın xaricində hasil olunan qazın şərqdən qərbə ixracını reallaşdıran ilk layihədir. Layihənin tamamlanması Azərbaycanın həm enerji təchizatçısı, həm də Avropada enerji təhlükəsizliyinin təminatçısı kimi irəliləməsinə imkan yaradacaq.
Cənub Qaz Dəhlizinın tamamlanması demək olar ki başa çatır və biz artıq bu layihənin genişləndirilməsinə, yəni Xəzər hövzəsinin digər qaz ehtiyatlarının ixracına yol açan imkanlar barədə düşünməliyik.
Enerji təhlükəsizliyi məsələsinə xüsusilə toxunmaq istəyirəm. Birləşmiş Ştatlar enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsi kimi qəbul edir.
Enerji təchizatında yaranan məcburi fasilələr mühüm və zərərli təsirə malikdir. Texniki qüsurlar, təbii fəlakətlər, sabotaj əməlləri, və ya təchizatçı tərəfindən verilən qərarlar müəyyən çağırışların gündəmə gəlməsinə səbəb ola bilər.
Bunun hamısı bir tərəfdən mühüm infrasrukturun mühafizəsinin gücləndirilməsi, digər tərəfdən isə qlobal qaz bazarının inkişafına dair ehtiyacın olduğunu göstərir. İllər boyu kommersiya və strateji tərəfdaşları ilə birgə işləyən Azərbaycan davamlı infrastrukturunun qurulmasında uğur qazanıb”,- səfir əlavə edib.