Türkiyə, Liviya və Qətər hərbi saziş imzaladılar

Liviya silahlı qüvvələrinin potensialını artırmaq üçün hərbi əməkdaşlıq haqqında Türkiyə və Qətərlə üçtərəfli saziş imzalayıb.

Bu barədə məlumatı “Anadolu” agentliyi Liviya müdafiə nazirinin müavini Səlahəddin əl-Nimruşa istinadən yayıb.

O, Ankara və Dohanın Liviyada hərbi hazırlıq və məsləhət üçün obyektlər quracağını söyləyib.

Səlahiyyətçi əlavə edib ki, razılaşmaya əsasən, Türkiyə və Qətər Liviyaya məsləhətçi və hərbi heyət göndərəcək.

Daha əvvəl Tripolidə Türkiyənin müdafiə naziri Hulusi Akar, Qətərli həmkarı Xalid bin Məhəmməd əl Atiye və Liviyanın baş naziri Fayez Sarrajın iştirakı ilə üçtərəfli danışıqların aparıldığı bildirilib.

Bundan əvvəl Hulusi Akar Xalid bin Məhəmməd əl-Atiye və Fayez Sarraj ilə ikitərəfli danışıqlar aparıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password