Məktəblər nə vaxt açılacaq,toylara icazə veriləcəkmi? – Operativ Qərargahın brifinqi
Nazirlər Kabineti yanında Operativ Qərargah KİV nümayəndələri üçün növbəti brifinqi keçirib.Brifinqdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, TƏBİB-in Mikrobiologiya işçi qrupunun rəhbəri Qumral Ələkbərova və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva iştirak ediblər.
Tədbirdə pandemiya ilə bağı ökədəki son vəziyyət haqda məlumat verilib.
Məktəblər nə vaxt açılacaq?
Hikmət Hacıyev məlumat verib ki, dünya üzrə koronavirusa yolxuma sayı 21 milyondan çoxdur. Azərbaycanda son günlər ərzində rəqəmlərdəki müsbət dinamika sevindiricidir. Rəqəmlərin aşağı düşməsi vətəndaşların məsuliyyətli davranışı və karantin qaydalarına əməl etməsi nəticəsində əldə olunub: “Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər”.
H.Hacıyev təhsil müəssisələrinin açılması ilə bağlı məsələyə də münasibət bidirib. Onun sözlərinə görə, məktəblərin açılması araşdırılır və öyrənilir. Digər ölkələrin təcrübəsinə də müraciət edilir. Təhsil Nazirliyi tərəfindən ictimai müzakirələr çərçivəsində bu məsələ kompleks şəkildə müzakirə olunur: “Qərar barədə danışmaq tezdir.Bu, epidemiloji vəziyyətlə bağlı olan bir sahədir. Təhsil müəssisələrinin açılması ilə bağlı məsələyə baxılmaqdadır”.
Çimərliklərdə sıxlıq aradan qaldırılıb
Prezidentinin köməkçisi deyib ki, ötən həftənin sonunda çimərliklərdə sıxlıq müşahidə olunub. Bu həftə bir o qədər də sıxlıq müşahidə olunmur.
H.Hacıyev deyib ki, çimərliklərdə sıxlığın aradan qaldırılması təmin olunub. “cimerlik.az saytına təxminən 40 mindən çox vətəndaşın müaraciət edib.
İtaliyadan və Çindən gələn həkimlər…
Yaqut Qarayeva isə məlumat verib ki, artıq iki həftədir koronavirusla bağlı Azərbaycanda xarici mütəxəssislər çalışırlar. İtaliyadan və Çindən gələn mütəxəssislərlə həm Bakıda, həm də regionlarda olan xəstəxanalarda görüşlər keçirilib. Keçirilən onlayn təlimlərə regionlarda olan bütün həkimlərimiz qoşulur.
Qrip əleyhinə peyvəndlər hazırlanacaq
Y.Qarayeva bidirib ki, hazırda əsasən payız ayında müşahidə olunacaq qrip əleyhinə peyvəndlərin hazırlanması istiqamətində işlər gedir: “Tibbi qərargahda iki peyvənd üzərində ciddi iş gedir. Birincisi qrip peyvəndi, ikinci isə COVİD-19-a qarşı olan peyvənddir. Peyvənd tamamilə zərərsiz, təsdiqlənmiş peyvənd olmalıdır”.
Y.Qarayeva əlavə edib ki, koronavirus xəstəliyinə qarşı istifadə olunan peyvənd ÜST tərəfindən təsdiq olunmuş peyvənd olmalıdır.
Sahibkarların üzərinə vəzifə qoyulub ki…
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib ki, iaşə obyektlərində açılmalar müəyyən qaydalar çərçivəsində həyata keçiriləcək. Müəyyən saat çərçivəsində iaşə obyektlərinin işinə icazə veriləcək.
Sahibkarların üzərinə vəzifə qoyulur ki, içəri daxil olan müştərinin maskalardan istifadəsinə nəzarət etsin, olmadıqda müştərini tibbi maska ilə təmin etsinlər. Həmçinin içəridə olan işçilər də maskadan istifadə etməlidirlər: “Qaydalarda göstərilən tələblərin pozulmasına görə inzibati cərimələr tətbiq olunacaq. Müəyyən sahələri var ki, onların fəaliyyətinə ümumiyyətlə icazə verilmir. Qadağan olunmuş fəaliyyət həyata keçirən təsərrüfat subyektlərinə qarşı qanunla müəyyən olunmuş cəzalar həyata keçiriləcək”.
“Yeni bank kreditlərinə dövlət zəmanəti veriləcək”
İyunun 30-dan etibarən fəaliyyət göstərən Rəqəmsal Kredit Platforması vasitəsi ilə 500 mln manat məbləğində yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi nəzərdə tutulub.
Samirə Musayevanın sözlərinə görə, artıq iyul ayının 25-dən sahibkarlara kreditin alınması ilə bağlı eyni vaxta 3 bank seçmək imkanı verilir.
“Rusiyadakı peyvəndlə bağlı gözləmək lazımdır…”
Yaqut Qarayeva məlumat verib ki, peyvənd üçün Rusiya ilə hər hansı danışığa başlanmayıb. Hər bir peyvənd geniş istifadəsindən öncə 3 əsas mərhələdən keçməlidir. “Biz beynəlxalq səviyyədə tanınan, beynəlxalq təşkilatlarla əlaqəli olaraq hansısa peyvəndi alıb gətirməyi düşünürük. Avropada olan məşhur istehsalçılarla da əlaqəyə girmişik. Rusiyada olan peyvəndlə bağlı gözləmək lazımdır. Məlumatlar çox ümidvericidir. Amma konkret söz demək çox tezdir”,-Y.Qarayeva əlavə edib.
Toylara icazə veriləcəkmi?
Samirə Musayeva bildirib ki, toylar kütləvi şənlik tədbirləri kateqoriyasına aiddir. Bu mərhələdə toyların keçiriməsinə icazə veriməsi nəzərdə tutulmayıb: “Toylarda yalnız qida qəbul edilmir. Yalnız masa ətrafında yemək yeyəndə maskalardan istifadə edilməyə bilər”.
İri ticarət mərkəzəri hələ açılmır
Hikmət Hacıyev məlumat verib ki, hazırda iri ticarət mərkəzlərinin açılması haqda qərar yoxdur. Rayonlara gediş-gəliş və iri ticarət mərkəzlərin açılması ilə bağlı məsələ müzakirə olunur. Bu, epidomoloji vəziyyətdən asılı olacaq.
Sahibkarlıq subyektlərinə maliyyə dəstəyi…
Samirə Musayeva deyib ki, sahibkarlıq subyektlərinə maliyyə yardımı ilə bağlı ikinci mərhələdə fərdi və mikro sahibkarlara 250 manat maliyyə dəstəyinin göstərilməsi hissəsi başa çatıb.
Bu çərçivədə 49,3 min fərdi və mikro sahibkara 12,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Pandemiyadan əziyyət çəkən sahələrdə çalışan muzdlu işçilərə maliyyə yardımı edilməsi ilə bağlı təhlillər aparılıb və artıq siyahılar hazırlanaraq Maliyyə Nazirliyinə təqdim olunub.
Xaricdən gələn həkimlərə nə qədər pul ödənilir?
Hikmət Hacıyev xaricdən gələn həkimlərlə bağlı sualı cavabandırıb. Bildirib ki, xaricdən gələn həkimlərin maliyyə ödəmələri Azərbaycanla həmin ölkələr arasında olan əməkdaşlığa əsasən həyata keçirilən layihələrdir: “Bu, beynəlxalq müstəvidə qəbul edilmiş qarşılıqlı yardım prosesinin nəticəsidir. Burada dövlətlərarası münasibətlər nəzərə alınmalıdır. Biz yardım etdiyimiz kimi, digər ölkələrdən də bizə yardımlar edilə bilər. Bu kimi hallar çox müsbət tendensiyadır”.
Yaqut Qarayeva isə deyib ki, Çindən və İtaliyadan gələn işçi qrup hansısa ödəniş əsasında fəaliyyət göstərmir. Onlar ölkələr arasında olan əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Uzun müddət Azərbaycanda qalan və işləyən həkimlər var: “Onların etdiyi kömək qiymətləndirilə bilər. Maddi tərəfdən isə bu suala cavab verə bilməyəcəyəm”.
Həkim-reanimatoloq Cavid Paşayev sağalıb
Yaqut Qarayeva məlumat verib ki, uzun müddətdir Mərkəzi Gömrük Hospitalında müalicə alan Azərbaycan Tibb Universitetinin həkim-reanimatoloqu Cavid Paşayev sağalıb.O, bu gün evə buraxılacaq: “Həm Cavid həkimin, həm də başqa tibb işçilərinin müalicəsində bizə göstərdiyi qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm”.
Həftəsonları və ictimai nəqliyyata qoyulmuş qadağa…
Hikmət Hacıyev bildirib ki, həftəsonlarında ictimai nəqliyyatın fəaliyyətini dayandırması hələ də qüvvədədir. Gələn həftədən ictimai iaşə, kafe və restorlanların fəaliyyəti bərpa edilir. Bundan sonra isə həftəsonu ictimai nəqliyyatın hərəkətinin növbəti həftələrdə bərpa olunması məsələsi müzakirə olunacaq.
Aşura günü qanvermə aksiyası keçiriləcək
H.Hacıyev ölkədə Aşura günü ilə bağlı dini mərasimlər məsələsinə də toxunub. Mömin insanlara çox hörmətlə yanaşdıqlarını vurğulayan H.Hacıyev deyib: “Amma indiki epidemioloji vəziyyəti, o cümlədən, digər ölkələrdə dini mərasimlərin keçirilməsi qaydalarını nəzərə alaraq qarşıdan gələn dini mərasimlərdə kütləviliyə yol verilməməsini vətəndaşlarımızdan xahiş edirik”.
Qumral Ələkbərova isə məlumat verib ki, koronavirusa görə ölkədə məscidlər fəaliyyət göstərməyəcək. Bu il Aşura günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək. Hazırda bu məsələ Qafqaz Müsəlmanları İdarəsi ilə də müzakirə olunur: Sosial məsafə saxlanılmaq şərti ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində də qanvermə aksiyaları keçiriləcək.
“Bu gün üçün reanimasiyada olan xəstələrin sayı çoxdur”
“Xəstəliyə yoluxma sürəti, inkubasiya müddəti və ağır xəstələrin sayı çarpayı doluluğuna təsir edir” – deyə, Yaqut Qarayeva brifinqdə deyib.
Onun sözlərinə görə, adi stasionar çarpayı sayına görə qapanmaya gedilmir: “Bu gün üçün reanimasiya şöbəsində yatan və süni tənəffüs aparatına qoşulu xəstələrin sayı çoxdur. Ona görə də əsas xəstəliyi ağır və yüngül keçirmə məsələsidir. Çünki onların müalicə müddəti uzun olur”.