“Əgər Stepanakertə bir bomba atmağa cəhd etsəniz, cavabını Gəncədə alacaqsınız!..”
“İşğalçı və separatçıları birdəfəlik susdurmağın yolu yalnız Türkiyə ilə birləşib güvəndikləri güclərə güc göstərməkdir…”
Azərbaycan Respublikasının işğal altındakı 13 min kv.km-lik ərazisində Rusiya imperiyası, eləcə də çoxüzlü Avropa və ABŞ-ın dəstəyi ilə qondarılmış separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan müstəqil (!) dövlətimizə qarşı növbəti həyasız bəyanatla çıxış edib.
İşğalçı ölkə saytlarının yaydığı məlumata görə, qondarma lider Xankəndinin Azərbaycan tərəfindən atəşə tutulması halında qanunsuz erməni “müdafiə ordusu”nun mümkün cavab tədbirləri barədə çərənləyib.
“Əgər Stepanakertə bir mərmi və ya bomba atmağa cəhd etsəniz, cavabını Kirovabadda(Gəncə-S.L.) alacaqsınız”- 30 ildir qəti cavab almadıqlarından gündən-günə həddini aşan separatçıların rəhbəri A. Arutyunyan Azərbaycanı bu şəkildə hədələməyə cəsarət edib.
P.S. İşğalçılar son 25-30 ildə Azərbaycan dövləti və ordusundan sərt və həlledici cavab alsaydılar, bu dığa bu qədər həddini aşmazdı…
P.P.S. İşğalçı və separatçıları birdəfəlik susdurmağın yolu yalnız Türkiyə ilə birləşib güvəndikləri güclərə güc göstərməkdir… (moderator.az)