Qarabağı işğal edən Robert Koçəryanın arvadı 1992-ci il döyüşlərini xatırladı: “Ya Rəbbim…”

Bu gün gündəliklərimdə təsvir etdiyim müharibə zamanı yaşanan hisslərlə əlaqəli səhifələri yenidən oxudum. İllər keçdikcə daha səmimi və dəhşətli olur.

Bu sözləri Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həyat yoldaşı Bella Koçəryan öz Facebook səhifəsində yazıb.

O, xüsusilə qeyd edib: “Əziz oxucu, o zaman yaşadıqlarımı hissələrlə sizə çatdırmaq qərarına gəldim, çünki bütün bunlar xalqımızın, həyatımızın tarixində mühüm bir dövrü xarakterizə edir. “… 13 fevral 1992. Səhərdən bəri atəş açmırlar. Görək bundan sonra nə olacaq. Ya Rəbbim, mənə sakit olmağa kömək et, mənə hikmət ver, özümü itirməyim. Hər vəziyyətdə mənə ləyaqətimi qorumağa kömək et”.

Haşiyə: 31 avqust 1954–cü ildə Azərbaycanın Xankəndi (indiki Stepanakert) şəhərində anadan olan Robert Köçəryan Sovet İttifaqı illərində Xankəndidə bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Qarabağda erməni millətçilərinin başlatdığı Miatsum hərəkatına qoşulub və bir müddət sonra separatçıların liderlərindən birinə çevrilib. Köçәryan azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən Qarabağ ermənilərinin və erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə başçılıq edib. 1991-1992-ci illərdə qondarma “Dağlıq Qarabağ respublikasının” Ali Sovetinin deputatı, 1994–cü ildən 1996-cı ilədək “prezidenti” olub. Robert Koçəryan öz müsahibələrindən birində, Ermənistan-Azərbaycan münaqişəsi barədə danışarkən “Ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğu barədə” irqçi bir fikir irəli sürüb.

Köçəryanın tərcümeyi-halına nəzər saldıqdan sonra onun ömür-gün yoldaşının fikirlərinin səmimiliyinə inanmağımız gəlmir. Yəqin həmin cümlələri dəftərçəsinə yazanda əri Qarabağda azərbaycanlı qanı axıdıb. Bella isə sakitcə oturararaq memuar yazıb.

Azərbaycanlılara qarşı qətllər törədən bu ermənilərin və onların “xatirə” yazan arvadlarının yəqin ki, nə vaxtsa elə Qarabağın özündə qanı töküləcək. O qanın üzərində Azərbaycan əsgərinin çəkməsi iz qoyacaq və o iz işğaldan azad edilən bütün torpaqlarımızda yeni bir XATİRƏ yazacaq. Ləyaqətdən dəm vuran Bellanın xatirəsini isə özündən başqa heç kəs xatırlamayacaq…(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password