Gənc müəllimlər üçün Beynəlxalq Gənclər Gününə həsr olunan onlayn görüş keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunan “Yeni çağırışlar və hədəflərə doğru” adlı gənc müəllimlər üçün onlayn görüş keçirmişdir.

Aktualinfo.org-a Assosasiyadan verilən məlumata görə,Zoom onlayn platforması üzərində 200 nəfərə yaxın təhsil işçisinin iştirakı ilə canlı tədbir olaraq təşkil olunan görüşdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil və Gənclər və idman komitələrinin və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev və Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil və Gənclər və idman komitəsinin üzvü Şahin Seyidzadə iştirak ediblər.

Dünyada 1998-ci ildən qeyd olunmağa başlayan Beynəlxalq Gənclər Gününün əhəmiyyətini qısa qeyd edən onlayn görüşün moderatoru Asif Əsgərli Azərbaycanda bu tarixdən 2 il əvvəl Gənclərin I Forumunun keçirilməsi ilə ölkəmizdə milli Gənclər Gününün rəsmi keçirilməsi haqında Ümummilli Lider Heydər Əliyevin xüsusi sərəncam imzaladığını bildirdi.

Azərbaycanın təhsil siyasətində gənc nəslə tolerantlıq, bəşəri və mədəni dəyərlərə hörmət aşılanmasının əsas yer tutduğunu xüsusi qeyd edən Təhsil Nazirinin müavini Firudin Qurbanov son illərdə ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş, gerçəkləşdirilmiş və hazırda icrası davam etdirilən bir çox dövlət proqramlarında istedadlı gənclərin müəyyən edilməsi, yüksək intellektual bacarığa malik insan kapitalının formlaşdırılmasının müstəsna əhəmiyyətini vurğuladı. Pandemiya və post-pandemiya dövründə gənclərin rolunun, biliklərinin, araşdırma qabiliyyətlərinin artması və müxtəlif sahələrdə qlobal fəaliyyətə gənclərin cəlb edilməsinin ölkənin təhsil sisteminin əsas məqsədlərindən biri olduğunu bildirən F. Qurbanov müəllim peşəsinin, nüfuzunun artırılmasında “Gələcəyin müəllimi” layihəsinin əhəmiyyətli təsirini diqqətə çatdırdı.

Azərbaycanda gənclərlə iş sahəsində həm hökumət strukturlarının, həm milli donor institutlarının və eləcədə ictimai qurumların uğurlu fəaliyyətini, səmərəli əməkdaşlığını qeyd edən Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov rəhbərlik etdiyi qurumun gənclərə və onların birləşdiyi gənclər təşkilatlarına yönəlik fəaliyyətlərini, hədəflərini və gələcək addımlarını gənc müəllimlərin diqqətinə çatdırdı. F.Cəfərov gənc müəllimlərin təhsil və sosial inkişaf sahələrinə marağını nəzərə alaraq, onları Gənclər Fondunun imkanlarından fərdi və təşkilat olaraq yararlanmağa dəvət etdi.

Gənclərin müasir dövrün tələblərinə uyğun yeni çağırış və hədəflərə doğru bilik və bacarıqlara yiyələnməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edən Milli Məclisin Elm və təhsil və Gənclər və idman komitələrinin və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev gənc müəlimlərin üzərinə düşə bilən vəzifləri də sadaladı. Cəmiyyətdə gənclərin aparıcı qüvvə olduğunu bildirən E.Əliyev gənc müəllimlərimizin beynəlxalq və regional inteqrasiya sahəsində əməkdaşlıq, təcrübə və informasiya mübadilələri aparmalarının təhsildə müsbət nəticələr gətirəcəyini vurğuladı.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin real nəticələrini, gənclərin həyat və fəaliyyətində təsirli dəyişikliklərini bildirən edən Milli Məclisin Elm və təhsil və Gənclər və idman komitələrinin üzvü Şahin Seyidzadə müəllimlik fəaliyyəti, gənc kadrlara yaradılan imkanları və görülən işləri qeyd etdi. Ş.Seyidzadə pandemiya şəraitində gənc müəllimlərin aktiv, onlayn və sosial fəaliyyətini və eləcədə post-pandemiya dövrü üçün davamlı addımlarını yüksək qiymətləndirdi.

Onlayn görüş qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib, müəllimlərin sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password