Azərbaycan ATƏT-in Minsk Qrupundan imtina edəcəkmi? – POLİTOLOQ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rusiyalı həmkarı ilə danışıb, 400 ton silah-sursatın Ermənistana satılması ilə bağlı iradını bildirməsi ondan xəbər verir ki, dövlətimizin artıq ATƏT-in Minsk Qrupuna inamı qalmayıb”.

Bunu açıqlamasında “Azərbaycan ATƏT-in Minsk Qrupunun köməyindən imtina edə bilərmi?” sualını cavablandırarkən politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq vurğulayıb ki, danışıqların faydasız olduğunu artlq cəmiyyətimiz bilir:

“Dövlət başçısı çıxışları zamanı bir neçə dəfə bildirib ki, yarımçıq həll olmamalıdır, məsələni birdəfəlik həll etməliyik. Yəni gücümüzü artırmalıyıq. Rəsmi olaraq birdəfəlik ATƏT-in Minsk Qrupundan imtina etməyimiz baş verməyəcək, amma bu qurumun vasitəçiliyinə də ehtiyac qalmayıb”.

Elxan Şahinoğlu sonda Azərbaycanın onsuz da uzun müddətdir ki, danışıqlarda iştirak etmədiyini deyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password