Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycandadır

 

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-də axşam saatlarında Azərbaycana səfərə gəlib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Türkiyə mediasının yaydığı xəbərə görə səfərdə Hulusi Akarı Baş qərargah rəisi, general Yaşar Gülər, Quru Qoşunları komandiri, general Ümit Dündar müşayət edir.

Bundan başqa nümayəndə heyətinin tərkibində Türkiyənin  Hərbi Dəniz Qüvvələri komandiri, Admiral Adnan Özbal və Hava Qüvvələri Komandiri General Hasan Küçükakyüz də var.

Türkiyənin Milli Müdafiə nazirinin rəhbərlik etdiyi heyətini Azərbaycan Prezidenti  İlham Əliyevin də qəbul edəcəyi nəzərdə tutulur.

Bundan başqa türkiyəli generallar Azərbaycanın Müdafiə naziri və digər rəsmilərlə görüşəcək.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password