Türk generallar buna görə Bakıdadır – Şair Ramaldanov

Türkiyə Respublikasının Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi onu göstərir ki, adı çəkilən şəxslərin iştirakı ilə əldə olunacaq razılaşma və ya qərar var.

Bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov avqustun 12-də Türkiyə Müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi haqda danışarkən deyib.

Polkovnik qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə arasında çoxtərəfli yüksək səviyyəli münasibətlər mövcuddur:

“Bir müddət öncə Azərbaycanın yüksək rütbəli zabitləri Türkiyədə rəsmi səfərdə olmuşdu. Bu gün Türkiyə generallarının Azərbaycana səfərini həm bu səfərə cavab, həm də müzakirə olunan bəzi məsələlərin razılaşma səviyyəsinə qalxması kimi qiymətləndirmək olar”.

Polkovnikin sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında “bir millət, iki dövlət” prinsipi günbəgün inkişaf etdirilir:

“Bu gün Türkiyə və Azərbaycan münasibətləri iki ölkə tarixinin ən yüksək səviyyəsindədir. Heç təsadüfi deyil ki, məlum Tovuz hadisələrində Türkiyə Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu bildirdi.

Sonda isə onu deyim ki, Türkiyənin yüksək rütbəli təmsilçilərinin bu səfəri son proseslər fonunda düşməni yenidən qorxuya salacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password