Mozambik ilk dəfə təsdiqlədi: Beyrut limanında partladılan ammonium nitrat Gürcüstandan onlara aparılırmış

 

Mozambik hökuməti ilk dəfə Beyrut limanında partladılan ammonium nitratının Afrika ölkəsinə göndərildiyini rəsmi olaraq təsdiqləyib.

Bu barədə AFP Mozambik hökumətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbə bildirir ki, Mozambik dağıdıcı partlayışların nəticələrinə görə hər hansı bir məsuliyyəti rədd edir:

“Problem ammonium nitratın özündə deyil, uyğun olmayan saxlama şəraiti və niyə bu qədər uzun müddət Bayrut limanında saxlanılmasıdır”.

DW-dən verilən məlumata görə, 2013-cü ildə Gürcüstana 2750 ton ammonium selitrası sifariş edilmişdi, lakin yük müştəriyə çatmayıb.

Mozambikin “Fabrica de Explosivos de Mocambique” (FEM) şirkəti açıqlayıb ki, ammonium dağ işləri üçün partlayıcı maddələr istehsal edilmək üçün sifariş edilib.

Şirkət Beyrutda ammonium nitratının niyə ələ keçirildiyini izah edə bilmir.

FEM Mozambikə gətirilən yeni bir dəst sifariş verib.

Əvvəllər bildirilirdi ki, ammonium nitrat yükü 2014-cü ildə Moldova bayrağı altında üzən Rhosus gəmisi ilə Gürcüstanın Batumi şəhərindən Mozambikə aparılırmış.

2013-cü ilin sentyabrında, göyərtədəki problem səbəbiylə, yük gəmisi Beyrutda planlaşdırılmamış bir dayanacaq edib.

Orada saxlanılıb və ammonium nitrat liman anbarlarından birinə verilib. Gəminin sahibi Kiprin Teto Shipping  şirkətinin direktoru, Kiprdə yaşayan Xabarovsklu  iş adamı İqor Qreçuşkin olub.

O vaxtdan bəri liman ərazisindəki anbarlardan birində ammonium nitrat saxlanılıb.

4 avqust 2020-ci ildə gücü 3,3 bal gücündə zəlzələyə bərabər olan bir partlayış baş verib.

160 nəfər ölüb, 6 mindən çox insan yaralanıb. İndiyə qədər Mozambik Beyrutda ələ keçirilmiş ammonium nitratla əlaqəsini rədd edib.(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password