Belarusda etiraz aksiyaları böyüdü – Zavod işçiləri də ayağa qalxdı

Belarus fabriklərinin işçiləri ümummilli tətilə başlamağı tələb edərək etiraz aksiyaları keçirirlər.

Bu haqda məlumatı “Sputnik Belarus” nəşri yayıb.

Mənbə bildirir ki, etiraz aksiyası Zodinodakı BelAZ zavodunda keçirilib. İşçilər binanın qarşısına toplaşaraq “Milli tətil tələb edirik!” deyiblər.

Eyni zamanda, zavod rəhbərliyi zavodda tətil olduğunu gizlədirlər. Onlar hesab edirlər ki, bu, kollektivlə görüş deməkdir.

Yerli hakimiyyət orqanlarının istefasını israr edən zavod işçilərinin istəyi ilə əraziyə şəhər meri də gəlib. BelAZ işçiləri də OMON-un şəhərdən çıxarılmasını və mitinq üçün stadionla təmin edilməsini tələb edirlər.

Eyni zamanda Nexta Telegram kanalı aksiya və tətilin MAZ zavodunda baş verdiyini bildirir. Nəşr izdihamın olduğu bir fotoşəkil yayımlayıb.

“MAZ-da Tarakanın getməsini xahiş edirlər!”, – fotoya belə imza qoyulub.

Daha əvvəl Minskdəki Kozlov, Marqarin, İntegral və “Belşin” zavodlarında tətillərin keçirildiyi  barədə məlumat verilmişdi, lakin rəhbərlik bu məlumatı təkzib edib.

Avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Rəsmi məlumatlara görə, hazırkı prezident Aleksandr Lukaşenko seçicilərin 80,23 faizini qazanaraq qalib gəlib. Tixanovskaya üçün 574 min nəfər və ya 9,90 faiz səs veriblər.

MSK qeyd edib  ki, bu nəticələrin dəyişməsi mümkün deyil.

Avqustun 10-da prezidentliyə namizəd Svetlana Tixanovskayanın birgə müxalifət qərargahı Mərkəzi Seçki Komissiyasının elan etdiyi prezident seçkilərinin nəticələrini tanımayıb.

Minskdə və Belarusun digər şəhərlərində keçirilən prezident seçkilərində səsvermə başa çatdıqdan sonra kütləvi etirazlar və polislə qarşıdurmalar başlayıb./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password