Dələduzluğa məruz qalmış dostlar Prezident İlham Əliyevdən kömək istəyir – MÜRACİƏT
Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan və faktiki yaşayan İsmayılov Xocalı Müşviq oğlu, Həmidzadə Təhmasib Məmməd oğlu, Abdurahmanov Anar Altay oğlu tərəfindən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə,Baş nazir Əli Əsədova,Azərbaycan Respublikası Prezidenti Administarasiyasının rəhbəri Samir Nuriyevə,Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova,Dövlət Təhlükəsizlik Xidməti rəisi Əli Nağıyevə, DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsi rəisinə, Bakı şəhər Prokuroru İlqar Abbsova,Ombudsman Aparatının sədri xanım Səbinə Əliyevaya,müstəqil mətbuat orqanlarına müraciət ünvanlanıb.Ölkə başçısına və digər səlahiyyətli orqanlara müraciət etmək məcburiyyətində qalan gənclər dələduzluğa məruz qalmaqları ilə bağlı Yasamal RPİ-də 11 aydır ki,istintaq edilən cinayət işi üzrə Baş Prokurorun 10/100 nömrəli, 30 iyun 2020-ci il tarixli əmrinin yerli prokuror tərəfindən dərhal icra olunmasını istəyirlər.
Aktualinfo.org Xocalı İsmayılov,Təhmasib Həmidzadə və Anar Abdurahmanov tərəfindən edilmiş müraciəti olduğu kimi oxuculara təqdim edir.Onlar yazırlar ki:
Biz uşaqlıq dostları olmuş mən Xocalı İsmayılov, Təhmasib Həmidzadə, Anar Abdurahmanov sonradan məlum olduğu kimi Yasamal rayonu, İ.Əbilov küçəsi 94 ünvanında dizayn işləri görən, 2018-ci ilin dekabrın 5-də CM-nin 178.3.2-ci maddəsi üzrə 3 il şərti cəza almış, “Röyal Print” MMC-nin qanuni təmsilçisi və işçisi Əliyev Elvin Gündüz oğlu bizə vədlər verməklə 32000 manat pulumuzu ələ keçirmişdir. Məsələ barəsində 12 sentyabr 2019-da verdiyimiz şikayət ərizəsi əsasında Yasamal RPİ-nin İstintaq Şöbəsində aparılan 3 aylıq İstintaq araşdırması zamanı təqdim etdiyimiz çoxsaylı sübutedici sənədlər araşdırldıqdan sonra Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Firdövsi Nəsirov Daxili İşlər naziri cənab V.Eyvazovun bu məsələ barəsində verdi göstəriş əsasında 27 dekabr 2019- cu il tarixində E. Əliyev barəsində AR CM-nin 178.2.4 maddəsi üzrə yenidən başlanmış 190090379 N-li cinayət işi icraata götürülsə də Yasaml rayon Prokurorluğu bu qərarı ləğv edərək, işin daha detallı araşdırılmasını tövsiyə etmişdir. 13 yanvar 2020-ci ildə Bakı şəhər Prokurorluğunda cənab Mehman Qocayev bizi qəbul etmiş, işlə tanış olub lazımi göstərişlər vermişdir. Lakin iş verilmiş göstərişlər əsasında yenidən hazırlanaraq cinayət işinin başlanması üçün Bakı şəhər Prokurorluğuna təqdim edilsə də, indi də dələduz E.Əliyevdən izahat alınması tələb olunaraq iş materialları aprelin 30-da geri qaytarılmışdır. Bu arada axtarışda olan Elvin Əliyev aprelin 7-də saxlanılmış və Nəsimi rayon Məhkəməsi may ayında dələduzun 3 illik şərti cəzasını 6 il 8 ay həbslə əvəz edilməsi barədə hökm elan etmişdir. Verilmiş apellyasiya şikayətinə də Bakı Apellyasiya məhkəməsində sədrlik edən hakim Vaqif Mursaqulov tərəfindən baxılmış və hökmun qüvvədə qalması barədə ədalətli qərar qəbul edilmişdir. Yəni, dələduzun cinayəti bir daha sübut yetirilmişdir. 02 oktyabr 2019-cu ildən Yasamal Pİ-nin İstintaq Şöbəsində külli-miqdarda törədilmiş dələduzluq faktıilə bağlı istintaqı aparılan bu işlə bağlı cinayət işinin başlanması barədə yzılmış təqdimtlar 4 dəfə Yasamal rayon prokurorluğuna təqdim edilsə də müxtəlif əsaslı və əsassız bəhanələr göstərilməklə istintaq işi geri qaytarılmışdır. Halbuki, dələduz E.Əliyev elə həmin Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə təqsirli bilinərək 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında növbəti bizim şikayətimiz üzrə isintaqa cəlb edilməsini gözləməkdədir. Lakin çox təəssüflər olsun ki, 11 aydır ki, Yasamal RPİ-də aparılan istintaq materiallarının həcmi 3 cildə çatsa da, Yasamal rayon Prokurorluğu nədənsə hazırda həbsdə olan dələduz E.Əliyevə qarşı cinayət işinin başlanmasında maraqlı görünmür. Yəni, 4 dəfə qaytarılan iş materialları hazırda yerli prokuroluğa 5-ci təqdimatını gözləməkdədir.
Bizim şikayətimiz əsasında Baş Prokuror cənab Kamran Əliyev 2 ay əvvəl şikayətin araşdırılması üçün 10/100 saylı əmrinin 50.5-ci bəndlərinin tələblərinə əsasən qanuna müvafiq tədbirlərin görülməsinin təmin edilməsi barədə göstəriş verməsinə baxmayaraq nədənsə tədbir görülmür. Konkret olaraq Bakı şəhər Prokurorluğnun bizə və Yasamal rayon Prokuroruna ünvanlanan 14 iyul 2020-ci il tarixli məktubda qeyd edilir: “Vətəndaş Xocalı İsmayılovun hüquqlarının pozulması barədə Baş Prokurorluğa daxil olmuş müraciəti baxılmsı və qanuni qərar qəbul edilməsi üçün Sizə göndərilir.
AR Baş Prokurorunun 10/100 nömrəli əmrinin 50.5-ci bəndinin tələblərinə əsasən müraciət müəllifinin qəbul edilməsi, göstərilən xüsusatların tam, obyektiv və ətraflı araşdırılmasını, qanuna müvafiq tədbir görülməsini təmin edib, nəticəsi barədə 04 avqust 2020-ci tarixədək Bakı şəhər Prokuroruna göndərməyinizi və müraciət müəllifinə məlumat verməyinizi xahiş edirəm.”
Amma nə olsun. Bu günə kimi (10 avqust ) Baş Prokurorun 2 ay əvvəl imzaladığı 10/100 nömrəli əmri nədənsə havada qalmağı bir tərəfə, hələ biz müraciət müəlliflərinə də xalaxətrin qalmasın cavab da yazmayırlar. Əgər qanun keçisi hesab edilən prokurorluq işçiləri aşağıdan yuxarıya əmrə tabe olmursa onda biz nə edək?
Çoxhörmətli Prezident İlham Əliyev və Baş Prokuror cənab Kamran Əliyev!
Bizim dələduzluğa məruz qalmağımızla bağlı Yasamal RPİ-də istintaq edilən cinayət işi üzrə Baş Prokurorun 10/100 nömrəli, 30 iyun 2020-ci il tarixli, əmrinin yerli prokuror tərəfindən dərhal icra olunmasına göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk.
Aktualinfo.org