Tovuzla sərhəddə ermənilərin xeyrinə reportaj hazırlayan jurnalist Minskdə döyüldü və yaxalandı
“Sputnik Belarus”un jurnalisti Yevgeni Oleynik paytaxt Minskdəki gecə qarşıdurmalarından sonra tutulub və döyülüb.
Bu haqda məlumatı “Sputnik Ermənistan” mediası yayıb.
“Səhər saat 6-da Təcili Xəstəxanada zərərçəkənlər haqqında material hazırladıqdan sonra o, evə qayıdıb. Jurnalist yalnız indi redaksiya ilə əlaqə qura bilib” deyilib.
Digər detallar hələ açıqlanmayıb.
Qeyd edək ki, Baza Telegram kanalı öz növbəsində WarGonzo kanalının aparıcısı Semyon Peqovun Belarus çevik qüvvələri tərəfindən tutulmasının videosunu yayımlayıb.
“Videoya görə, Peqov hazırda huşsuz vəziyyətdədir. İndi Semyon zənglərə və mesajlara cavab vermir. Həbs olunandan bəri onun haqqında heç nə məlum deyil. Sonuncu dəfə redaksiya avqustun 8-də Peqovla təmasda olub”, mesajda deyilib.
Qeyd edək ki, iyul ayında Peqov Ermənistanın Tavuş bölgəsində Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmaları işıqlandırmışdı.(konkret.az)