DSX-nin üç zabiti döyülüb(?)!-SƏBƏB
Dövlət Sərhəd Xidmətinin (DSX) bir qrup hərbi qulluqçusu döyülüb. Bu haqda yenixeber.org-a DSX-nin sabiq leytenantı Fərid Əzizli məlumat verib:
“Avqust ayının 6 da gecə vaxtı Ağstafa rayonunun “Böyükkəsik” kəndində Dövlət Sərhəd Xidmətinin bir qurub hərbi qulluqçusu öz əməkdaşlarının ad günü məclisindən qayıdarkən kənd sakinləri ilə sərhədçilər arasında dava düşüb. Sərhədçilər öz yaşadıqları hərbi şəhərcikdə kənd sakinləri tərəfindən döyülüblər. Əldə etdiyim məlumata əsasən, sərhədçilər ad günü məclisindən qayıdarkən yolda 1 nəfər Ağstafa rayonu, Böyükkəsik kənd sakini ilə aralarında mübahisə düşüb. Hadisənin sərhədçilərin qeyri-etik davranışları zəmnində baş verildiyi deyilir.
Döyülən hərbi qulluqçular vəzifəli şəxslərdir:
-DSX-in Ağstafa rayonunda yerləşən “Böyükkəsik” sərhəd nəzarət məntəqəsinin rəisi polkivnik-leytenant Aftandil Məmmədov
-DSX-in “Böyükkəsik” SNM-in Dəmir yoluna nəzarət bölməsinin rəisi kapitan Əliyev Əsəd
-DSX-in “Sadıxlı” SNM-in piyada keçidinin bölmə rəisi kapitan İsmayılov Əli
Faktla bağlı prokrorluqda araşdırma aparılır”.
Redaksiyadan: DSX-dən xəbəri əsassız adlandırsalar da, təkzibedici məlumat vermədilər.