Şəmkir Qadın Resurs Mərkəzi aztəminatlı və digər imtiyazlı ailələrə sosial və ictimai dəstək göstərəcəkil

 

Şəmkir rayonunda “COVID-19 koronavirus pandemiyası ilə əlaqədar olaraq aztəminatlı və digər imtiyazlı ailələrə sosial və ictimai dəstəyin göstərilməsi” layihəsi başlanılmışdır.

Azərbyacan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “COVID-19 koronavirus pandemiyası ilə əlaqədar olaraq aztəminatlı və digər imtiyazlı ailələrə sosial və ictimai dəstəyin göstərilməsi” layihəsinə starat verilmişdir. Layihə Şəmkir Qadın Resurs Mərkəzi tərəfindən Şəmkir rayonunda icra olunacaq.

Layihənin əsas məqsədi pandemiya ilə əlaqədar olaraq bir neçə aztəminatlı ailələrin sosial və həssas qrupların, əlilliyi olan şəxslərin və s. müəyyən qədər yaşam tərzlərinin yaxşılaşdırılması üçün sosial xidmət, ərzaq, gigienik və tibbi yardımlarla təmin edilməsinə köməklik göstərməkdir.

Aztəminatlı ailələrin sosial və həssas qrupları, əlilliyi olan şəxslər üçün pandemiya ilə mübarizə istiqamətində məsləhətlər vermək, praktik köməklik göstərmək, məlumatlanma üçün çap materialları hazırlamaq, insan sağlamlığının qorunması üçün məsləhətlər vermək üçün həkimləri dəvət etmək, yerlərdə monitorinqlər təşkil etmək layihənin prioritet sahələrindən biridir.

Pandemiyanın qarşısının alınması üçün insanlar arasında geniş təbliğat aparılamsı və daha çox yaşlı nəsllərin virusdan uzaqlaşdırılması üçün təbliğat vasitələrindən istifadə etmək hədəflərimizdən biridir.

Layihənin icrası zamanı təcrübəli həkimlərin məsləhətlərindən istifadə etməyi zəruri hesab edirik. Evlərdə özünü müalicənin əhəmiyyəti və həyata keçirilməsisndə məlumatlandırmaların aparəlmadsında QHT nümayəndələrinin maarifləndirilməsi də planlaşdırılır.

Layihənin uğurla həyata keçirilməsi üçün yerli media ilə sıx əməkdaşlıq etməyi də planlaşdırırlıq.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password