QHT-lərə konsultativ, məlumat və təşkilati-texniki xidmətlərin göstərilməsinə starat verilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi “Qərb regionunda fəaliyyət göstərən QHT-lərə konsultativ, məlumat və təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsinin icrasını başlamışdır.

Regionda COVİD-19 virusunun azaldılmasında və aztəminatlı ailələrə sosial yardımların göstərilməsində QHT-lərin fəaliyyətinin artmasının və sosial bazası gücləndirilməsinin təşviqi layihənin əsas məqsədidir.

Şəmkir RQRTİB-in vacib hədəflərindən biri də Azərbaycanın qərb rayonlarında QHT-lərin bacarıqlarının artırılması üçün təşkilati-texniki metodiki-konsulatativ xidmətlər göstərmək və onların fəaliyyətini əlaqələndirmək, Şuranın qrant elanlarından maliyyələşən region QHT-lərinin layihələrinin monitorinqini həyata keçirməkdən ibarətdir.

Layihə çərçivəsində Şəmkir RQRTİB tərəfindən regionda QHT-Hökumət münasibətlərini gücləndirmək, qərb regionunda fəaliyyət göstərən QHT-lərin yerli İcra Hakimiyyətləri ilə sıx əməkdaşlığının qurulmasına dəstək vermək, QHT-media əməkdaşlığına və yerlərdə ictimai şuraların yaradılması istiqamətində işlər həyata keçirəcəkdir.

Pandemiya ilə əlaqədar olaraq regionda virusa qarşı mübarizədə vətəndaş cəmiyyətinin fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl işlər aparmaq, virusun qarşısının alınması üçün insanların marrifləndirilməsində QHT-lərin cəlb olunmasına nail olmaq, ahıl və əlil insanlara dəstək kimi aidiyyatı strukturlarla QHT-ləri əməkdaşlığına cəlb etmək missiyaları da qarşıya qoyulmuşdur.

Layihənin əsas tələblərindən biri də layihə çərçivəsində 15 aztəminatlı ailələrə sosial yardımlar göstərməkdir.

 

Aktulinfo.org

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password