“Dezinformasiyaların qarşısını almaq praktik baxımdan mümkün deyil” – Deputat

“Kimsə yanlış olaraq yoxlanılmamış status yazır, həmin diqqəti çəkən status paylaşılır, geniş müzakirə edilməklə bütün informasiya məkanımıza yayılır və anında qəzəb mənbəyinə çevrilir. Bu, sosial şəbəkələrin xarakterindən irəli gəlir. Mərhum general Polad Həşimovun Qəbələdə digər mərhum general Həzi Aslanovun adına verilən küçəylə dəyişdirilməsi bu qəbilədən olan xəbərdir”. 

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu  deyib. O qeyd edib ki, sözügedən xəbər təsdiqini tapmayıb:

“Belə hallar dəfələrlə olub. İndi təsəvvür edin ki, İrəvanda yerləşən və Azərbaycan dilində dezinformasiya hazırlayan və ötürən aparat (belə bir mərkəzin olduğuna şübhə etmirəm) oxşar “xəbəri” bizim sosial şəbəkələrə ötürür və biz xəbərin mahiyyətinə varmadan həmin dezinformasiya ətrafında müzakirələrə başlayırıq. Bu, o deməkdir ki, informasiya savaşında işğalçı ölkə irəli çıxır.

Dezinformasiyaların və yoxlanılmamış məlumatların və statusların qarşısını almaq praktik baxımdan mümkün deyil. 10 milyon nəfərik, hətta 99 faizimiz inanmadığımız xəbəri yaymasaq və onun müzakirələrinə qoşulmasaq belə, 1 faiz həmin xəbəri yaysa, informasiya məkanımızda dəlik əmələ gələcək. Bunun qarşısını almağın yolu hakimiyyət strukturlarında çalışanların məsələyə anında müdaxilə etmələri, ajiotaj və cəmiyyətdə dərin fikir ixtilafı yaradan xəbərlərə, statuslara anında münasibət bildirmələridir. Təəssüf ki, reaksiyalar gecikir.

Sosial şəbəkədə Polad Həşimov adına küçənin ətrafında dünəndən qızğın müzakirələr gedir, küçədən Həzi Aslanovun adının “götürülməsi” pislənilir. Halbuki anında xəbər dəqiqləşdirilsəydi, dezinformasiya geniş yayılmazdı. Yalnız bu gün bilindi ki, xəbər dəqiq deyil. Prezident Administrasiyasında sosial şəbəkələri monitorinq edən qrup yoxdurmu? Varsa, adı çəkilən yanlış məlumatın təxminən bir gün cəmiyyətimizi narahat etməsinin qarşısı niyə alınmadı?”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password