Ölkə başçısı Elbrus Paşayevin səmərəsiz layihələrinin üstünü necə açdı?

                 

Ötən il mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin  şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin  sədri Əhməd Əhmədzadə aprelin 24-də Bərdə şəhərində,mayın 22-də Kürdəmir şəhərində, iyunun 19-da Sabirabadda,iyulun 10-da Horadiz şəhərində vətəndaşlarla görüş keçirib.

Keçirilən qəbulda Bərdə rayonu ilə yanaşı Ağdam, Tərtər,Yevlax,Sabirabad və Saatlı, Kürdəmir və Ucar rayonlarının sakinlərini,sədr müavinləri isə Ağdaş və Göyçayda Füzuli rayonundan və Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndindən olan vətəndaşların da müraciətləri dinlənilib.Mətbuatda yayılmış məlumatlara əsasən vətəndaşlar tərəfindən olunmuş müraciətlər əsasən suvarma suyundan əziyyət çəkən fermerlərin su təchizatının yaxşılaşdırılması,yeni subartezian quyularının qazılması,nasos stansiyalarının qurulması və təmiri,suvarma kanallarının lildən təmizlənməsi kimi məsələlərlə bağlı olub və bir çox qaldırılan məsələlər elə yerindəcə öz həllini tapıb.Lakin bir ildən sonra elə həmin təsərrüfatlarda su çatışmazlığı problemlərinin həllini tapmaması,əksər fermerlərin, kəndlilərin suvarma suyunun çatışmazlığından əziyyət çəkdikləri bəlli olur.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin  sədri Əhməd Əhmədzadə keçirdiyi bu görüşlərin üstündən demək olar ki,tam bir il keçdikdən sonra 2020-ci ilin iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirir və ölkədə yaranmış su çatışmazlığının səbəbləri barədə danışarkən bildirir ki, “Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir.”

Ölkə başçısı daha sonra çıxışında vurğuladı ki, “Azərsu, meliorasiya qurumları, sadəcə olaraq,dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir?”

Cənab Prezidentin irad tutduğu səmərəsiz layihələr kimlər tərəfindən irəli sürülürmüş,bu layihələri kimlər tərəfindən hazıırlanırmış?Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli qurum olan “Azdövsutəslayihə” İnstitutunun əməkdaşları tərəfindən. Qeyd edək ki,su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə respublikamızda yeganə olan bu institutun əsası hələ ötən əsrin 30-cu illərindən qoyulub.İnstitutun əsas fəaliyyəti su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsindən ibarətdir.Ötən bu uzun müddət ərzində institutun verdiyi layihələr əsasında bir çox böyük su təsərrüfatı obyektlərinin tikintisi həyata keçirilib ki,bu gün də bəzi bölgələrdə istismara yararlıdır. Bəs necə olur ki,70-80 il bundan əvvəl həyata keçirilmiş layihələr səmərəlliliyini hələ də itirməyib,amma elmin texnikanın inkişaf etdiyi,axtarış imkanlarının daha geniş olduğu bir dövrdə həyata keçirilən layihələr səmərəsiz olub?

Qeyd edək ki,Azərbaycanda su çatışmazlığı problemi təzə başlamayıb.Hələ 2015-ci ildə dövrü mətbuatda yazılanlara görə Müstəqil Dölətlər Birliyinə (MDB) üzv olan ölkələr arasında su itkisi ilə bağlı tərtib edilmiş siyahıda Azərbaycan birinci yerdə olub.Hələ 2015-ci ildə Azərbaycan bu birinciliyi 34 faiz su itkisinə yol verməklə qazanıb. Elə həmin dövrlərdə mütəxəsislər sudan qənaətlə istifadə olunmaması ilə bağlı həyəcan təbili çalmışlar.Lakin eyni problemlərin bu gün də mövcud olması, su çatışmazlığının əvvəlki illərlə müqayisədə daha da artması bu sahədə heç bir qabaqlayıcı tədbirlərin həyata keçirilməməsindən xəbər verir. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə isə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı zamanı belə demişdi: “Bildiyiniz kimi, 2014-cü ildə havaların kəskin isti və quraq keçməsi səbəbindən respublikanın çaylarında sululuq çoxillik normalardan xeyli az olub,bir sıra dağ çaylarının suyu tamamilə quruyub. Mingəçevir,Şəmkir, Araz, Ağstafaçay, Coqazcay və digər su anbarlarında toplanılmış su həcmləri də normadan az oldu. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə təmin edildi,respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1361 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarıldı”. Bu Əhmədzadənin 6 il əvvəlki çıxışı.Yəni problem onda da olub, indi də var.Bəs bu sahəyə ayrılan milyonlarlarla dövlət vəsaiti? Bir sözlə Əhməd Əhmədzadənin bütün müşavirələrdəki bütün çıxışları bu sahədə mövcud olan çatışmazlıqları, təsərrüfatsızlığı ört-basdır etmək məqsədi güdür və ancaq gəlişigözəl cümlələrdən başqqa bir şey deyil.

Qayıdaq “Azdövsutəslayihə” İnstitutunun fəaliyyətinə.Qeyd etdiyimiz kimi,İnstitutun əsas fəaliyyəti su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsindən ibarətdir.Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycanda bir olan bu instituta artıq 10 ildən çoxdur ki,Elbrus Paşayev rəhbərlik edir. Sözügedən şəxsin instituta rəhbərlik etdiyi son illərdə nə kimi layihələrin həyata keçirilməsi barədə konkret məlumatlar yoxdur.Amma Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadə ilə əlbir olub faydasız layihələrdən qazanc əldə etmələri barədə yetərincə məlumatlar saymaq olar.Belə ki,Elbrus Paşayev institututa rəhbərliyə başladığı dövrdən ezamiyyələrin sayı artıb. Bölgələrdə su çatışmazlığının aradan qaldırılması,yeni su mənbələrinin axtarılması üçün ezam olunanların həyata keçirdikləri əslində formal bir şeydir. Əhməd Əhmədzadənin digər bir neçə qurumu kimi,“Azdövsutəslayihə” İnstitutu da ancaq pul silmək yeridir.Buraya uzun müddətdir ki,hər il  su təsərrüfatını yaxşılaşdırmaq məqsədi ilə beynəlxalq maliyyə institutlarından kredit və qrant şəklində külli miqdarda maliyyə vəsaitləri verilir.Verilən bu qədər vəsaitin qarşılığında institutun layihələri nə üçün səmərəsiz,faydasız olur?

Hələ 2018-ci ilin hesabatlarına görə institutun mütəxəssisləri tərəfindən Saatlı, İmişli və Biləsuvar rayonlarında yerləşən təxminən 40 min hektar qış otlaq sahələrində yaradılması nəzərdə tutulan iri təsərrüfatların suvarma suyu ilə təmin edilməsi üçün Araz çayının yeni qolu vasitəsi ilə yeni suvarılan torpaqların istifadəyə verilməsi, Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı kəndlərinin isə 2 min hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün  kanalın yenidən qurulması və digər bu kimi obyektlərin layihə-smeta sənədləri yüksək keyfiyyətlə işlənib hazırlanmışdır.Sual oluna bilər bəs onda yüksək keyfiyyətlə işlənib hazırlanməş bu layihəyələr sözügedən ərazilərdə fermerləri və kəndliləri bu il nə üçün susuz qoydu?

Elbrus Paşayevin rəhbərlik etdiyi qurumun fəaliyyəti bundanmı ibarətdir?Hər il yüksək keyfiyyətli işlərin görülməsi barədə yalan hesabatlar vermək,üstü açıldığında isə ölkə başçısına min cür yalanlar danışmaq və  İlham Əliyevin qeyd etdiyi kimi: “Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq.” – deyə məsuliyyətdən yaxa qurtarmağa çalışmaq. Amma bundan sonra olmayacaq.İlham Əliyevin də elə yeni mənbə axtarmağa yeni vəsait istəyənlərə qəti sözü,həm də  son sozü bu oldu ki:”Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. “

 

 

 

Aktualinfo.org

 

 

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password