“Lukaşenko etirazlarla üzləşsə, qaçacaq” – Müxalifət lideri

Belarusda prezident seçkisinə etiraz olaraq böyük kütlə küçəyə çıxsa, Prezident Aleksandr Lukaşenko gücə əl atmayacaq. Bunu Lukaşenkonun xaricdə yaşayan rəqibi deyib.

Avqustun 9-da Belarusda prezident seçkisidir və Lukaşenkonun 26 ildir davam edən avtoritar idarəçiliyi getdikcə daha zəif durumda görünür. Bir çox təhlilçilər isə onun saxtakarlıq və müxalifətə qarşı repressiya nəticəsində seçkini udacağını deyirlər.

Tanınmış biznesmen, Lukaşenkonun ciddi rəqibi sayılan keçmiş səfir Valer Tsapkala deyir ki, o, prezidentin seçki vaxtı və ondan sonra yüzminlərlə etirazçı ilə üzləşəcəyi halda qaçacağına inanır.

“Current Time” layihəsinə müsahibəsində o deyib ki, Lukaşenkonun kütləvi küçə etirazları nəticəsində sadəcə təyyarəyə minərək harasa uçacağına inanır. Prezident bir neçə min etirazçını yatırtmaq üçün polis və təhlükəsizlik qüvvələrindən istifadə edə bilər. Ancaq yüzminlər ayağa qalxarsa, o, ordunun müdaxiləsinə göstəriş verməyəcək, Tsapkala vurğulayıb.

“Belarus ordusunun öz xalqına qarşı silahdan istifadə edə biləcəyinə inanmıram”, – Tsapkala Ukrayna paytaxtı Kiyevdən deyib.

Son həftələr onminlərlə müxalifət tərəfdarı prezidentliyə 37 yaşlı namizəd Svetlana Tsixanouskayaya dəstək yürüşünə çıxırlar. Onun seçkiyə buraxılmamış namizədlər dəstəkləyir.

Son günlər ərzində Lukaşenko daxili işlər nazirliyi rəsmiləri ilə görüşür, ordunu təftiş edir. O, istənilən iğtişaşa qanlı divan tutula biləcəyinə dair təhdid siqnalı göndərir.

Ötən ay Belarusda bir qrup rusiyalı muzdlunun saxlanması, onların seçkiqabağı ölkədə sabitsizlik yaratmağa cəhd etdiyi iddia olunub.

Bir sıra potensial namizədlər seçkiyə buraxılmayıb. Kampaniya başlanandan siyasətçilər, təşkilatçılar, jurnalistlər daxil olmaqla 1100-dən çox saxlanan olub. Tsapkala hakimiyyətə digər müxalifət çıxanlar kimi həbs olunmaq qorxusundan ölkədən çıxıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password