“2020-ci ilin büdcəsi üzərində gedən proseslər məcburi xarakter daşıyır” – Millət vəkili

“2020-ci ilin büdcəsi üzərində gedən proseslər məcburi xarakter daşıyan proseslərdir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Əli Məsimli deyib.

O bildirib ki, büdcə vəsaitinin artırılması beynəlxalq təcrübədə xərcləmələrin artırılması fəlsəfəsi üzərində qurulub: “Beynəlxalq təşkilatların proqnozlarında büdcənin rolunun artırılması məsələsi ön plana çıxır. Bu dəyişiklikləri buna görə başa düşülən hesab edirəm. Hazırda dəqiq proqnozların verilməsi çətindir. Proqnozlara alternativ ssenarilər üzrə yanaşmaq lazımdır. Azərbaycanda 2020-ci ildə ÜDM-nin 5% düşməsi pessimist ssenariyə daha yaxındır. İkinci proqnozlarda neftin qiyməti məsələsi pessimist yanaşma nəticəsində 35 dollar götürülüb. Əgər neftin qiyməti bundan da aşağı olacaqsa, bu, cari ildə tədiyyə balansına ciddi mənfi təsir göstərməyə başlayacaq. Neftin qiymətinin 35 dollar qalması prosesi uzansa, bunun manata təsirinin necə olacağı da araşdırılmalıdır.

Bu kontekstdə üçüncü proqnoz inflyasiya ilə bağlıdır. Bu proqnozlara da yenidən baxılmalıdır. Dünya bu vəziyyətdən çıxmaq üçün əlavə pul buraxmağa müsbət yanaşırsa, biz də buna müsbət yanaşmalıyıq. Həmin əlavə pulun iqtisadi artıma necə təsir göstərməsi də araşdırılmalıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password